AzVision.az xəbər verir ki, R.Mirqədirova ölkə rəhbərliyindən oğlunun azadlığa buraxılmasını xahiş edib."Çox xahiş edirəm ki, oğlum saf və təmiz insandır, bütün bunları nəzərə alaraq onu buraxsınlar. Onun cavanlığına, atanın rəhmətə getməsinə, anasının qoca yaşlı qadın olmasına görə günahından keçsinlər”.Xatırladaq ki, R. Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !