Rauf Mirqədirovun atasının evində axtarış aparıldı

12:48 | 23.05.2014
Rauf Mirqədirovun atasının evində axtarış aparıldı

Rauf Mirqədirovun atasının evində axtarış aparıldı

“Ayna-Zerkalo” qəzetinin həbs edilən əməkdaşı Rauf Mirqədirovun atası Həbibulla Mirqədirovun Yasamal rayonu ərazisində, "Üç tac" yaşayış kompleksinin yaxınlığında yerləşən evində axtarış aparılıb. Bu barədə məlumatı Musavat.com-a jurnalistin bacısı verib.Onun sözlərinə görə, Rauf Mirqədirov 4 ildən çoxdur ki, o evdə yaşamır. Axtarışı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi və üç əməliyyatçı aparıb. Axtarışa iki hal şahidi də cəlb edilib. Proses cəmi 10 dəqiqə davam edib və evdən istintaq üçün əhəmiyyət kəsb edən heç nə tapılmayıb. Prokurorluq əməkdaşları artıq evi tərk ediblər.Xatırladaq ki, Türkiyədən Azərbaycana deportasiya olunan Rauf Mirqədirova qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. Nəsimi rayon Məhkəməsinin qərarı ilə jurnalist barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Rauf Mirqədirov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM