“Rayffayzen”də Krımdan üz döndərdi

13:28 | 06.04.2014
“Rayffayzen”də Krımdan üz döndərdi

“Rayffayzen”də Krımdan üz döndərdi

Avstriyanın Raiffeisen (Rayffayzen) bankı aprelin ortalarınadək Krımdakı bütün filiallarını bağlayacaq. 

Müvafiq açıqlama ilə Ukraynadakı “Rayffayzen Bank Aval”ın nümayəndəsi çııxış edib. 

Qeyd edək ki, “Rayffayzen Bank Aval”ın 96,41 faiz səhmləri Avstriyanın “Raiffeisen Bank International”a  məxsusdur.

Onun sözlərinə görə, Krımda ümumilikdə fəaliyyət göstərmiş 32 filialdan son 6-sı aprelin 15-dək bağlanacaq.

“Rayffayzen Bank Aval”ın nümayəndələri bildiriblər ki, bank geosiyasi və hüquqi səbəblərdən Krımda fəaliyyətini davam etdirə bilməyəcək.

Bundan əvvəl McDonald's şirkəti Krımdakı bütün filiallarının bağlandığını elan edib. 

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM