Rayon maşınları Bakıya buraxılmaya bilər - VİDEO

15:37 | 23.06.2014
Rayon maşınları Bakıya buraxılmaya bilər - VİDEO

Rayon maşınları Bakıya buraxılmaya bilər - VİDEO

Paytaxt ərazisinə bölgələrdən gələn avtomobillərə qadağa qoyula bilər. Rayondan gələn maşınların paytaxta girişinə qadağa qoyula bilər. Məqsəd yarana biləcək tıxacların qarşısının alınmasıdır. Digər bir səbəb isə rayondan Bakıya gələn maşınların bəzən yol qaydalarını bilməməsi və bu səbəbdən də onların paytaxtda qəza törətmələri göstərilir. Nəqliyyat Nazirliyinin İctimaiyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov bildirib ki yaradılması nəzərdə tutulan dayanacaqlar paytaxtın şimal, şərq və cənub girişində olacaq: "Sürücü avtomobilini dayanacağa təhvil verərək ona lazım olan ünvana ictimai nəqliyyat və ya taksi ilə gedəcək. Bu da ilk növbədə Bakıda tıxacların azalmasına gətirib çıxaracaq".Avtoekspert Azər Allahverənov bunu müsbət qarşılasa da, bir sıra problemlərin olacağını da bildirib. Ən əsas problemlərdən biri rayondan gələnlərin maşınlarını paytaxta gələn zaman park edərək əlavə nəqliyyat vasitələrinə pul xərcləmələridir.//ANS
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür