Bunu "Azərbaycan Dəmir Yolları" QSC Natavan Bayramova bildirib.
"Lakin buna baxmayaraq "Azərbaycan Dəmir Yolları" QSC bu müddət ərzində qatarların, xətlərin , yolların xidmətə hazır vəziyyətdə olması üçün müvafiq texniki işləri həyata keçirməkdədir. Odur ki, qərar olan kimi biz fəaliyyətə başlayacağıq. Hesab edirəm ki, iyunun 1-dən sonra yumşaldılma prosesi davam edərsə və pandemiya ilə bağlı durum imkan verərsə beynəlxalq və ölkədaxili sərnişin daşımaya da icazə verilə bilər. Bir daha qeyd edirəm ki, bu Nazirlər Kabinetinin qərarından asılıdır”- N.Bayramova bildirib.
Bununla belə o əlavə edib ki, bütün sahələrə olduğu kimi pandemiya Dəmir yollarının fəaliyyətinə, xüsusi ilə sərnişin daşımaya təsirsiz ötüşməyib: "Düzdü yükdaşımalarımız fasiləsiz şəkildə davam edir. Sərnişin daşımalarının isə sayı təbii olaraq azalıb.
"Azərbaycan Dəmir Yolları" QSC Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 29-dan ölkədaxili və beynəlxalq istiqamətlərdə sərnişindaşımalarını dayandırıldığından, yalnız Abşeron Dairəvi Dəmir Yolu xətti üzrə məhdud sayda qatar işləyir. Statistik göstəricilərə gəlincə, bu ilin birinci rübü üçün ən çox sərnişin fevral ayında daşımışıq, 430 mindən çox. Yanvarda sərnişinlərimizin sayı 400 minin üzərində olub, bu rəqəmlər martda təxminən 2 dəfə azalıb, apreldə isə haradasa 30 minin üzərində sərnişin daşıya bilmişik.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !