Rayonlara intensiv yağış yağır, çaylardan sel keçib - FAKTİKİ HAVA

22:10 | 21.06.2024
Rayonlara intensiv yağış yağır, çaylardan sel keçib - FAKTİKİ HAVA

Rayonlara intensiv yağış yağır, çaylardan sel keçib - FAKTİKİ HAVA

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, Yevlax, Qobustan, Qrız, Şahdağ, Şamaxı, Altıağac, Quba, Qusar, Şabran, Xaltan, Gədəbəy, Xınalıqda arabir leysan xarakterli intensiv yağış yağır, şimşək çaxır.

Quba rayonu ərazisindən axan Vəlvələçay, Caqacuqçay, Ağçay və Cimiçaydan sel keçib. Hazırda Şabran rayonu ərazisindən axan Gilgilçaydan sel keçir.

Asif Verdiyev qeyri-sabit hava şəraiti və sellə bağlı vətəndaşlara müraciət edib:
"Çayların sahilindən uzaqda, təhlükəsiz yerlərdə durmağı, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməməyi tövsiyə edirik. Nəzərə almaq lazımdır ki, bu, çox təhlükəlidir. Axının istiqamətinin hər an dəyişə biləcəyi heç kimə məlum deyil. Sel hadisəsi başlayan kimi dərhal həmin ərazi tərk edilməlidir”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür