Tarif Şurasının 2023-cü il 31 yanvar qərarına görə, şəhərlərarası avtobus marşrutlarında tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub. Bununla şəhərlərarası gediş haqqlarının qiymətlərində artımlar olub.
Artımlar barəsində avtovağzal.az saytında məlumat yenilənib.
Belə ki, şəhərlərarası gediş üçün məsafədən asılı olaraq qiymətlərdə dəyişimlər müəyyənləşib.
Sonuncu dəfə Azərbaycanda ictimai nəqliyyatda gediş haqqı 2018-ci ildə bahalaşmışdı.
Qiymət artımının səbəbi Tarif Şurası tərəfindən bildirilməyib.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !