• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Rayonlarda dumanlı hava müşahidə edilir - FAKTİKİ HAVA

Rayonlarda dumanlı hava müşahidə edilir - FAKTİKİ HAVA
16.05.2024 10:56
Mayın 16-sı saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Zaqatalada 41 mm, Qaxda 39 mm, Balakəndə 12 mm, Astarada 9 mm, Lerik, İmişlidə 8 mm, Ordubadda 6 mm, Şəmkirdə 5 mm, Lənkəran, Şəki, Naftalan, Yardımlı, Gədəbəy, Oğuz, Beyləqan, Ceyrançöl, Goranboy, Sədərək, Göygöl, Qobustan, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Daşkəsən, Culfa, Sabirabad, Neftçala, Şirvan, Cəlilabad, Biləsuvar, Şamaxıda 4 mm-dək olub.

Yağan intensiv yağışlar nəticəsində mayın 15-də Qabırrı-Kəsəmən (Samux) çayından qısamüddətli sel keçmişdir.

Mayın 15-də saat 20:39-20:41 radələrində Gədəbəy rayonuna xırda dənəli dolu düşüb.

Daşkəsən, Göygöl, Şamaxı, Şirvan, Qobustan, Altıağac, Qusar, Naftalan, Şəmkir, Balakən, Şəki, Qrız, Tərtər, Lerikdə duman müşahidə olunub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 18-dək davam edəcəyi gözlənilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
Cəmiyyət 21:05
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Cəmiyyət 19:00
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Cəmiyyət 17:45
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Cəmiyyət 17:12
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Cəmiyyət 15:06
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Zaqatalada yol qəzası baş verib, ölən var
Cəmiyyət 14:26
Zaqatalada yol qəzası baş verib, ölən var
Türkiyəyə qar yağıb - Video
Cəmiyyət 13:46
Türkiyəyə qar yağıb - Video
Sabahın hava proqnozu
Cəmiyyət 13:00
Sabahın hava proqnozu
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Cəmiyyət 12:57
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol