Razılaşdırılmış oyunlar məsələsi Avropa Şurasının müzakirəsində

17:35 | 21.01.2014
Razılaşdırılmış oyunlar məsələsi Avropa Şurasının müzakirəsində

Razılaşdırılmış oyunlar məsələsi Avropa Şurasının müzakirəsində

Avropa Şurasında idmanda manipulyasiya, xüsusilə də matçların nəticələrinin əvvəlcədən razılaşdırılmasına qarşı mübarizə məsələlələri müzakirə ediləcək. Bu barədə Trend-ə millət vəkili, AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev məlumat verib.Onun sözlərinə görə, yanvarın 23-də Fransanın Strasburq şəhərində Avropa Şurasının İdman komitəsinin İdarə heyətinin 6-cı iclası keçiriləcək. İclasda Azərbaycanı R.Əliyev, Gənclər və İdman Nazirliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov təmsil edəcəklər: "İclasda İdman haqqında Genişləndirilmiş Hissəvi Saziş (EPAS) çərçivəsində idmanda manipulyasiya, xüsusilə də matçların nəticələrinin əvvəlcədən razılaşdırılmasına qarşı mübarizə məsələləri müzakirə ediləcək, eləcə də Avropa Şurasının İdman üzrə Konvensiya layihəsi qəbul olunacaq".Avropa Şurasına üzv olan bütün ölkələrin nümayəndələrinin iştirak edəcəyi iclasda millət vəkili R.Əliyevin 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı məruzə ilə çıxış edəcəyi də gözlənilir.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM