• $ 1.7
  • € 1.9849
  • ₽ 0.021912
  • ₺ 0.0423
  • £ 2.3046

“Həkim səhlənkarlığına görə cəzalar sərtləşdirilməlidir” - AÇIQLAMALAR

“Həkim səhlənkarlığına görə cəzalar sərtləşdirilməlidir” - AÇIQLAMALAR
12.08.2015 14:30
Həkim məhsuliyyətsizliyi və səhlənkarlığı nəticəsində pasiyentin ölüm halına  bütün dünya ölkələrində rast gəlmək mümkündür. Amma bu kimi məsuliyyətsiz hal həkimi cəza almaqdan məhrum etmir. ABŞ-da, Almaniyada, İngiltərədə ölümlə nəticələnən məhsuliyyətsiz hərəkətlərə görə həkimlər çox ciddi cəzalar alır, hətta onlar ömürlük öz ixtisaslarından kənarlaşdırılırlar. Yəni, bu həkimə insan həyatı həvalə oluna bilməz, ona inanmaq olmaz, bu həkim xəstə ölümünə səbəb olub.İnternet resurslarında yerləşdirilən faktlara görə. Hətta bəzi ölkələrdə həkim səhlənkarlığı sübuta yetirildiyi halda onlar 20-25 ilə qədər həbs cəzası alırlar. Bəs Azərbaycanda durum necədir? Təəssüf ki, xəstələrinin ölümünə səbəb olan səhlənkar həkimlərə ya pul cəzası kəsilir, ya da ümumiyyətlə, heç bir cəza verilmir. 

Həkimlərin xəstələrin həyatını itirməsinə səbəb olmasına görə hansı cəza tədbirləti görülməlidir? Cəmiyyətdə həkimlərin heç vaxt günahkar olmama təffəkürünün yaranma səbəbi nədir? Həkimlərin cəzalandırılması üçün hansı komitələrin yaranmasına ehtiyac var? Bucür bəd bəxt hadisələrdən sonra günahkarı tapmaq üçün ilkin göstəriş kimə verilməlidir? 

Bu sualları cavablandırmaq üçün hüquqşünas Ələsgər Məmmədli və millət vəkili Zahid Orucun fikirlərini öyrəndik.  

Hüquqşünas Ələsgər Məmmədli ANN.Az-a açıqlamasında bildirib ki, həkim səhlənkarlığının nəticəsində xəstə ölümünün baş verməsi halları ilə Azərbaycan ictimaiyyəyi ilk dəfə qarşılaşmır: "2011-ci ildə yazıçı-publisist, jurnalist  Rafiq Tağı da məhz həkim səhlənkarlığınını nəticəsində həyatdan köçmüşdü. Eləcə də bugünlərdə vəfat edən jurnalist Rasim Əliyevin də ölümü də Rafiq Tağı ilə bənzər oldu. Rafiq Tağı da sağlam şəkildə müsahibə verdikdən 1 neçə saat sonra dünyasını dəyişmişdi, Rasim Əliyev də. Bu şəxslər xarici görünüşündən sağlam kimi görsənir, amma daxili orqanlarda prosess düzgün cərəyan etmədiyindən müəyyən saatdan sonra vəziyyətləri qəfil pisləşir. Buna baxmayaraq xəstələrin ilkin görünüşünün yaxşı olması əslində peşəkar həkimləri aldatmamalı, onlar daha dərindən müayinə olunmalı idilər. Burada bütün məsuliyyət xəstələri ilk müayinə edən həkimin üzərinə düşür. Çünki xəstə ilə ilk olaraq o maraqlanıb”. 

Dövlət xəstəxanalarında xəstələrlə ciddi şəkildə maraqlanmırlar

Hüquqşünas özəl xəstəxanalarla dövlət xəstəxanaları arasındakı vəziyyətin fərqə toxunub və vurğulayıb ki, dövlət xəstəxanalarında həkimlər xəstələrlə səthi şəkildə maraqlanırlar: "Sonuncu olay da bunu bir daha təsdiq etdi. Bu faciə bir daha göstərir ki, dövlət xəstəxanalarında daha ciddi tədbirlərin görülməsinə ehtiyac var. Azərbaycanın bir çox sahələrində islahatların aparılması vacibdir, amma ilk növbədə bu proses dövlət xəstəxanalarında, ümumilikdə səhiyyə sistemindən başlamalıdır. Çünki insanların xəstələnməsi və düzgün müalicə alması həyati məsələdir”.

Cəzalar ağırlaşdırılmalıdır

Hüquqşünas hesab edir ki, həkim səhvlərinə görə baş verən ölüm hallarının qarşısını almaq üçün Cinayət Məcəlləsinə yeni normaların gətirilməsi vacibdir: "Bu cür tədbirlər həyata keçirilməsə, xəstələrin ölüm hallarının qarşısını almaq çətin olacaq. Cəzalar ağırlaşdırılmalıdır. Xəstənin ölümünə görə məhsuliyyətin daha az olması cəmiyyət tərəfindən də yaxşı qarşılanmır. Yəni bu cəmiyyət tərəfindən elə qəbul olunub ki, həkimlərin səhvi nəticəsində xəstə dünyasını dəyişərsə, o həkimə heç bir cəza tədbiri görülməməlidir. Niyə? Hansı səbəbə? Bu cür düşüncə cəmiyyət təfəkküründən tamamilə silinməlidir. Çünki ortada insan həyatından söhbət gedir”.

Səhiyyə Nazirliyi baş həkimlərə göstəriş verməlidir

Ə.Məmmədli bildiridi ki, həkim nəzarətsizliyi nəticəsində xəstə dünyasını dəyişirsə, bunu sonradan sübut etmək çətin olur: "Çünki həkimlər elə proqnoz verirlər ki, bu haqda çox insanın məlumatı olmur. Bu səbəbdən də həkimlər özlərini hər zaman problemli məsələdə düz çıxarırlar. Bütün bunların qarşısını almaq üçün xəstəxananın baş həkimi  əvvəlcədən məlumatlandırılmalı və bu cür hallar baş verərsə, ilkin məlumatı da məhz həmin həkimdən almaq lazımdır”. 

Məsələyə münasibət bildirən millət vəkili Zahid Oruc son illər parlamentdə həkim səhlənkarlığı ucbatından ölüm halları mövzusunun daha çox müzakirə edildiyini deyib: "Dünya praktikasında həkimlərin səhlənkarlığına görə xəstələrin ölüm faktına görə yüksək cəzalar verilməsi çox yayqındır.  ABŞ-da, Avropa ölkələrində bu məsələlərə daha ciddi yanaşılır. Ölkəmizdə isə bu praktika demək olar ki, inkişaf etməyib. Bunun üçün qanunvericilikdə çox ciddi şəkildə dəyişikliklər edilməlidir”.

Həkimlər ciddi şəkildə cəzalandırılmalıdır

Deputat hesab edir ki, başqa şəxs tərəfindən insan həyatına son qoyulması Cinayət Məcəlləsində də cinayət cəzası ilə nəticələndiyini göstərir: "Bundan başqa heç bir həkimə ixtiyar verilməyib ki, pasiyentin həyatı ilə oynasın”.
  
Ayrı komitəyə ehtiyac yoxdur 

Deputatın sözlərinə görə. məsələyə hüquqi aspektdən yanaşsaq heç bir ayrıca komitənin, təşkilatın yarançasına ehtiyac yoxdur. Tək məhkəmə qurumu bu işin öhdəsindən yetərincə və layiqincə gələ bilər.

Son 4 ildə həkimlərin "qurbanı" olan 3 qələm adamı 

Həkim səhlənkarlığını ilə bağlı son illər Azərbaycan ictimaiyyətinin nümayəndələri də qarşılaşıblar. 2011-ci ildə yazışı-publisist Rafiq Tağı, 2013-cü ildə jurnalist Anar Niftəliyevin həyat yoldaşı, tənqidçi Elnarə Tofiqqızı məhz həkim səhlənkarlığının qurbanı olublar. Demək olar ki, hər gün baş verən ana ölümləri, sadə, mətbuata çıxmayan və həkim nəzarəti altında ölən həmyerlilərimizin sayı da yetərincədir. Son olaraq isə, ANN.Az-ın əməkdaşı, jurnalist-operatoru Rasim Əliyev bir qrup şəxs tərəfindən döyüldükdən və daha sonra xəstəxanaya yerləşdirildikdən sonra məhz həkim səhlənkarlığının nəticəsində cavan yaşında aramışdan köçdü. 

Sonuncu hadisə ölkə ictimaiyyəti arasında böyük rezonans doğurdu, Rasim Əliyevin "Qəbələ” futbol komandasının futbolçusu Cavid Hüseynovu tənqdi etdiyinə görə yaxın qohumları tərəfindən qəddarcasına döyülməsi ölkə rəhbərliyinin də diqqətini cəlb etdi, onun göstərişlərindən və məsələni nəzarətə almasından sonra Rasim Əliyevi döyənlər və bu işlə əlaqədar şəxslər həbs olundular. 

Amma  Rasim Əliyevin ölümü ikinci vacib məsələni bir daha aktuallaşdırdı – sağ-salamat xəstəxanaya çatdırılan, hətta başına gələn hadisələri həmkarlarına danışan şəxs nə üçün bütünlüklə müayinə olunmayıb, onda daxilən baş verən qanaxmalar müəyyən edilməyib? 6 nəfərin ağır fiziki basqısından sonra ortaya çıxan fəsadlar vaxtında müəyyən edilsə idi və vaxtında cərrahi müdaxil olunsaydı, Rasim Əliyev vəfat etməzdi axı...


Orxan Aslanlı


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda bütün şirkət və idarələrdə iş saatları dəyişdirilir – SƏNƏD
10:30
Bakıda bütün şirkət və idarələrdə iş saatları dəyişdirilir – SƏNƏD
Azərbaycan prezidenti Rasim Əliyevin məsələsini nəzarətə götürdü
10:15
Azərbaycan prezidenti Rasim Əliyevin məsələsini nəzarətə götürdü
Təhsil Nazirliyi: “Bu sərəncam tələbələrin sosial rifahını yaxşılaşdıracaq”
09:36
Təhsil Nazirliyi: “Bu sərəncam tələbələrin sosial rifahını yaxşılaşdıracaq”
Cəbhədə ağır döyüşlər: 4 erməni əsgəri öldürüldü
08:46
Cəbhədə ağır döyüşlər: 4 erməni əsgəri öldürüldü
Mətbuat katibləri bayram günü jurnalistlərə nə arzuladı? - AÇIQLAMALAR
08:07
Mətbuat katibləri bayram günü jurnalistlərə nə arzuladı? - AÇIQLAMALAR
07:57
"Rasim Əliyevi ilk müayinə edən USM həkiminin tibbi təhsili yoxdur" - İDDİA
Həmkarları vəkil Adəm Məmmədovu qınadı - AÇIQLAMALAR
07:11
Həmkarları vəkil Adəm Məmmədovu qınadı - AÇIQLAMALAR
“Azərbaycanda autizmin nə olduğunu bilməyən çox ailə var” - AÇIQLAMA
04:56
“Azərbaycanda autizmin nə olduğunu bilməyən çox ailə var” - AÇIQLAMA
Əli Abbasov vəzifəsindən azad edildi
03:14
Əli Abbasov vəzifəsindən azad edildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol