• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Azərbaycanda kabel televiziyalarının qiyməti artdı

Azərbaycanda kabel televiziyalarının qiyməti artdı
29.05.2020 02:16
Bu yenilik kabel operatorlarının xarici TV-kontent tədarükçüləri ilə qarşılıqlı hesabatlarını dollarda aparması ilə əlaqədardır.

Azərbaycanın kabel televiziya operatorları sentyabrın 1-dən baza paketə vahid tarif – aylıq 10 manat - tətbiq edir. Bu barədə Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Mənbə bildirib ki, bu yenilik kabel operatorlarının xarici TV-kontent tədarükçüləri ilə qarşılıqlı hesabatlarını dollarda aparması ilə əlaqədardır: "Kabel operatorlarının tarifləri 2006-cı ildən dəyişməyib. Operatorlar tərəfindən baza televiziya paketinə vahid tarifin tətbiq edilməsi məsələsinə çoxdan baxılırdı. Bu son dərəcə iqtisadi addımdır. Belə ki, kabel operatorları xarici kontenti, həmçinin lazımi texniki avadanlığı dollarla alır”.

Baza TV-paketin qiymətinin artması ilə bağlı məlumatı "B&BTV Communications”, "ATV Plus”, "Smart TV Plus”, "KATV1”, "AileTV” və "Connect” şirkətləri təsdiqləyib.

Baza TV-paketin hansı dəyişikliklərə məruz qalması məsələsinə gəldikdə isə, hər operatorda bu fərqli olacaq. Məsələn, "KATV1” müəyyən kanallara dil dəstəyini tətbiq edəcək. Belə ki, bu kanalları ingilis, rus, türk və ispan dillərində izləmək imkanı olacaq. "AileTV” abunəçiləri də eyni imtiyazı qazanacaq.

Bundan başqa, "AileTV”-nin baza paketi 70 faiz dəyişikliyə uğrayacaq. Şirkət hazırda "Aile+” paketindəki ən populyar televiziya kanallarını baza paketə daxil etmək niyyətindədir. Sentyabrın 1-dən "ATV Plus”, "B&BTV Communications, Connect” operatorlarının baza paketlərində kanalların sayı artırılacaq.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
10:28
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
Bakıda sevgilisi ilə görüşən oğlan vəhşicəsinə döyüldü
06:53
Bakıda sevgilisi ilə görüşən oğlan vəhşicəsinə döyüldü
Azərbaycanda kabel televiziyalarının qiyməti artdı
02:16
Azərbaycanda kabel televiziyalarının qiyməti artdı
Eldar Mahmudovun “sağ əli” MTN-dən çıxarıldı
18:45
Eldar Mahmudovun “sağ əli” MTN-dən çıxarıldı
Rektor 6 dekanı birdən işdən çıxartdı
13:00
Rektor 6 dekanı birdən işdən çıxartdı
Adi sabunların
11:49
Adi sabunların "haqqı" qaytarıldı
Ortaq Türk Televiziyası yaradılır
17:38
Ortaq Türk Televiziyası yaradılır
Naxçıvan xanlığının iki bayrağı tapılıb - FOTOLAR
16:31
Naxçıvan xanlığının iki bayrağı tapılıb - FOTOLAR
Bakıda binalardan penoplast üzlüklərin sökülməsinə başlanılıb - FOTO
20:24
Bakıda binalardan penoplast üzlüklərin sökülməsinə başlanılıb - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol