• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Yunanıstana 86 mlrd avro məbləğində yardım proqramı təsdiqləndi

Yunanıstana 86 mlrd avro məbləğində yardım proqramı təsdiqləndi
20.08.2015 09:24
Avropa Sabitləşdirilmə Mexanizminin (ESM) Direktorlar Şurası Yunanıstana 86 mlrd avro məbləğində yardım proqramını təsdiqləyib.

APA-nın "RBK”ya istinadən verdiyi xəbərə görə, bu barədə Yunanıstanın NEWSIT nəşri məlumat yayıb.

Məlumata görə, birinci tranşın həcmi 26 mlrd avro təşkil edəcək, bu məbləğdən 10 mlrd avro Yunanıstan banklarının rekapitallaşdırılmasına  və konsolidasiyasına yönəldiləcək.
 
 
Qeyd edək ki, bundan əvvəl Almaniya parlamenti Yunanıstana 86 mlrd avro məbləğində yardımım  ayrılmasını dəstəkləyib.
 
Qeyd olunan proqram daha əvvəl avqustun 14-də Avrozona ölkələrinin maliyyə nazirləri tərəfindən dəstəklənib. Yardımın üçüncü paketi 3 il müddətinə nəzərdə tutulub. Bu müddət ərzində Yunanıstan tələb olunan islahatları  həyata keçirməlidir.  
 
Bundan əvvəl verilən  məlumata əsasən, Yunanıstan artıq avqustun 20-si səhər saatlarında Avropa Sabitlik Mexanizmindən (ESM) 13 mlrd avro məbləğində ilk kredit tranşı əldə edəcək.

Bu Yunanıstana Avropa Mərkəzi Bankının krediti üzrə tələb olunan məbləği ödəmək imkanı verəcək.

"ESM Direktorlar Şurası Yunanıstana birinci tranş üzrə qərar qəbul edib. Köçürülmə  avqustun 20-si səhər saatlarında baş tutacaq. Söhbət, ümumilikdə, 26 mlrd avrodan gedir – bu məbləğdən 13 mlrd avro dərhal Yunanıstana köçürüləcək, daha 3 mlrd avro noyabrın sonunadək köçürüləcək. On milyard avroyadək vəsait isə ayrı hesaba köçürüləcək və ölkə banklarının rekapitallaşdırılması üçün istifadə edilə bilər”, deyə mənbə bildirib.    

Bundan əvvəl Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis Yunanıstan üçün maliyyə yardımının üçüncü paketi üzrə anlaşma memorandumunu imzalayıb.  

Qeyd edək ki, daha əvvəl Avrozonaya daxil olan bütün ölkələrin parlamentləri Yunanıstana 86 mlrd avro məbləğində maliyyə yardımının ayrılmasını dəstəkləyib. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Davudoğlunun yerini bu şəxs tuta bilər
Dünya 12:25
Davudoğlunun yerini bu şəxs tuta bilər
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Dünya 12:20
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Göz qişasının köçürülməsində - İlk
Dünya 12:11
Göz qişasının köçürülməsində - İlk
Yəməndə 5 günlük atəşkəs elan olundu
Dünya 11:38
Yəməndə 5 günlük atəşkəs elan olundu
Putin Avropaya söz verdi
Dünya 11:34
Putin Avropaya söz verdi
Çində güclü partlayış: 42 ölü - Fotolar
Dünya 11:18
Çində güclü partlayış: 42 ölü - Fotolar
Ukrayna Rusiya qazından imtina edir
Dünya 11:08
Ukrayna Rusiya qazından imtina edir
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Dünya 10:55
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol