• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Dövlət qulluğuna qəbulla bağlı müsabiqə başa çatdı

Dövlət qulluğuna qəbulla bağlı müsabiqə başa çatdı
21.08.2015 10:57
 Dövlət qulluğuna qəbulla bağlı elan edilən müsabiqə başa çatıb. 

Bu barədə "Report"a Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan məlumat verilib.

Komissiyadan bildirilib ki, 15 aprel 2015-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının 31 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 211 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan etdiyi müsabiqə başa çatıb.

Müsabiqədə iştirak etmək üçün Komissiyada 844-ü qadın namizəd olmaqla 2850 namizəd qeydə alınıb. Qeydə alınan 2850 namizədin 75,72%-ni gənclər təşkil edib.
Müsabiqənin test imtahanı mərhələsi 2015-ci il 22 may – 2015-ci il 11 iyun tarixlərdə keçirilib. Namizədlərdən 999 nəfəri (bütün namizədlərin 35,05%-i) test imtahanında iştirak etməyib. Test imtahanı mərhələsində iştirak edən 1851 namizədin hər birinə test imtahanını bitirdiyi an nəticələri əks etdirən arayış təqdim edilib, eyni zamanda nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdirilib.

Test imtahanında 548 nəfər (bütün namizədlərin 19,23%-i) qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurub.
Müsabiqədə iştirak edənlərdən 181 nəfəri 5-ci təsnifat inzibati vəzifələr üzrə, 246 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə, 121 nəfəri 5-ci təsnifat inzibati vəzifələrə iddia etsə də, 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb.

Müsabiqənin müsahibə mərhələsi 2015-ci il 22 iyun – 2015-ci il 6 avqust tarixlərdə keçirilib. Müsahibə mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçən 434 namizəddən 35 nəfəri müsahibə mərhələsində iştirak etməyib. Müsahibədə iştirak etmiş namizədlərdən 119 nəfəri vəzifəyə uyğun hesab edilib. Müsahibələrin nəticələri üzrə ümumilikdə 21 apellyasiya şikayəti olub. Bunlardan 19-u təmin olunmayıb. 2 namizədin müsahibə nəticələri ləğv edilərək onlarla yeni müsahibə keçirilib. Keçirilən yeni müsahibələr nəticəsində 1 namizəd vəzifəyə uyğun hesab edilib.

Müsabiqə qaliblərinin şəxsi işləri qanunvericiliyə uyğun qaydada və müddətdə müvafiq dövlət orqanlarına göndərilib. Artıq onlardan 25 nəfəri vakant dövlət qulluğu vəzifələrinə təyin olunub. Müsabiqə qaliblərinin dövlət orqanları üzrə təyinatları davam edir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Küveyt arasında əməkdaşlıq müzakirə olunub
Cəmiyyət 15:35
Azərbaycanla Küveyt arasında əməkdaşlıq müzakirə olunub
Qaz və işıqla bağlı sabit tarif müəyyən olunub
Cəmiyyət 14:56
Qaz və işıqla bağlı sabit tarif müəyyən olunub
Qarabağda məişət abonentləri üçün elektrik şəbəkəsinə qoşulmaq pulsuz olub
Cəmiyyət 14:40
Qarabağda məişət abonentləri üçün elektrik şəbəkəsinə qoşulmaq pulsuz olub
Qarabağda 4 minə yaxın şagird təhsil alır
Cəmiyyət 13:55
Qarabağda 4 minə yaxın şagird təhsil alır
"Azərsun Holdinq” bayram günlərində aztəminatlı ailələrə sovqat paylayıb
Cəmiyyət 13:52
"Azərsun Holdinq” bayram günlərində aztəminatlı ailələrə sovqat paylayıb
Bu il neçə şagird qızıl medal qazanıb? - Rəsmi
Cəmiyyət 13:31
Bu il neçə şagird qızıl medal qazanıb? - Rəsmi
Bu yolda hərəkət qismət məhdudlaşacaq
Cəmiyyət 12:35
Bu yolda hərəkət qismət məhdudlaşacaq
Elektron siqaretin qadağası ilə bağlı qanun təsdiqləndi
Cəmiyyət 12:26
Elektron siqaretin qadağası ilə bağlı qanun təsdiqləndi
Dekabrın son gününün hava proqnozu açıqlanıb
Cəmiyyət 12:13
Dekabrın son gününün hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol