• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

"Bu heyətlə qrup mərhələsində oynamaq çətin olar" – Fariz Nəcəfov

21.08.2015 16:20
"Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının play-off mərhələsi çərçivəsində "Panatinaikos”la oyundan  (0-0) sonra jurnalistlərin suallarını cavablandırıb.

Qol.Az-ın məlumatına görə, görüşü şərh edən klub rəsmisi "Qəbələ"nin qrup mərhələsinə yüksəlmək şanslarını da dəyərləndirib

- "Qəbələ” doğma meydanda adlı-sanlı rəqibi  "Panatinaikos”la qolsuz bərabərə qaldı. Oyun haqqında nə deyə bilərsiniz?

- Çox gərgin oyun keçdi. Belə olacağını gözləyirdik. Futbolçularımız bütün güclərini meydanda qoydular. Onlara təşəkkür edirəm. Düşünürəm ki, qələbə qazanmaq da olardı.

- Sanki matçın sonlarına yaxın "Qəbələ”nin futbolçularında güc qalmamışdı?

- Sizinlə razıyam. Amma bunu hər iki komanda haqda demək olar. Çünki çox sürətli oyun gedirdi. Biz "Panatinaikos”la müdafiə futbolu oynamadıq. Meydanda açıq futbol gedirdi.

- Qolsuz heç-heçəni cavab oyunu öncəsi sərfəli nəticə hesab etmək olar?

- Əsas odur ki, qol buraxmadıq. Düzdür, bir qol vursaydıq, daha yaxşı olardı. Səfərdə mütləq qol vurmaq lazımdır. Belə bir rəqiblə başa-baş oynamaq və məğlub olmamaq yaxşı nəticədir.

- Cavab oyunu üçün şansları necə dəyərləndirirsiz?

- Səfərdə də belə oynasaq, şanslar 50/50-dir. Komanda xarakter göstərsə, şansımız bərabərdir.

- Aleksey Antonovun oyununa baxanda düşünmürsüz ki, mütləq daha bir hücumçu transfer olunmalıdır?

- Mən hələ də ona inanıram. Əvvəlki oyunlarına baxmışam. Hücumçularda belə hallar olur, komandaya biraz gec uyğunlaşırlar. Düzdür, hücum xəttində problemlər var, amma inanıram ki, tezliklə  Antonov etimadımızı doğruldacaq.

- Bu gün "Qəbələ”nin azarkeş dəstəyi də az idi...

- "Apollon”la müqayisədə təhlükəsizlik həddindən artıq yüksək səviyyədə idi. Meydana yad əşyalar buraxılmamışdı. Üstəlik, səsgücləndiricilərə də qadağa qoyulmuşdu. Stadion dolsa da, azarkeşlər arasında çılğınlıq yox idi. Amma hər zaman olduğu kimi, bu gün də fanklubumuz komandamızı dəstəkləyirdi.

- "Qəbələ” bu gün meydanda sanki istəksiz oynayırdı. Ola bilərmi Cavid Hüseynovun yoxluğu komandaya psixoloji təsir edib?

- Yox, komandamız meydanda kifayət qədər istəkli idi. Son 15 dəqiqədə yorğunluq var idi. Amma qələbə qazanmaq üçün futbolçularımız hər şey etdilər. Sadəcə biz üç gündən bir oynamağa öyrənməmişik deyə fiziki cəhətdən futbolçular çətinlik çəkdilər. Amma məcburuq ki, buna da öyrənək.

- "Qəbələ” qrup mərhələsinə düşsə, daha bir transfer mümkündürmü?

- Qrup mərhələsinə düşsək, bir yox, hətta iki futbolçu transferi də mümkündür. Çünki bu heyətlə qrup mərhələsində mübarizə aparmaq çox çətin olar. Üstəlik, ölkə çempionatı da var. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol