• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Ərdoğan: "Növbədənkənar parlament seçkiləri keçirəcəyik"

Ərdoğan:
21.08.2015 16:56
"Hökumətin qurulması üçün nəzərdə tutulan 45 gün tamam olandan sonra Böyük Millət Məclisinin sədri ilə görüşəcəm. 

Bundan sonra ölkəmizdə növbədənkənar seçki keçirəcəyik. Hazırda seçkinin keçirilməsi ilə bağlı açıqlanan tarix noyabrın 1-dir. İnşallah, noyabrın 1-də təkrar seçki keçirəcəyik".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Seçki hökuməti ilə bağlı sualı cavablandıran R.T.Ərdoğan deyib: "Hökuməti qurmaq üçün mandat verdiyim şəxs lazım gələrsə, parlamentdən, ya da ondan kənardan kabineti quracaq".

O, terrorçuluğa qarşı mübarizəni axıradək aparacaqlarını da vurğulayıb. 

Qeyd edək ki, iyunun 7-də Türkiyədə parlamentə 25-ci çağırış seçkiləri keçirilib. Hazırda Türkiyə Böyük Millət Məclisində AKP 258, CHP 132, MHP 80, Xalqların Demokratik Partiyası (HDP) 80 millət vəkili ilə təmsil olunur. Məclis 550 deputatdan formalaşır. İyulun 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 63-cü hökumətin qurulması vəzifəsini AKP sədri və baş nazir vəzifəsini icra edən Əhməd Davudoğluna tapşırmışdı. Ancaq onun CHP və MHP liderləri ilə görüşləri nəticəsiz başa çatıb. Türkiyə Konstitusiyasına əsasən, 45 gün ərzində hökumətin qurulmasına nail olunmazsa, o zaman növbədənkənar seçkilər keçirilir. Bu baxımdan avqustun 23-də həmin müddət başa çatır.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda benzinin qiyməti artırılır
Dünya 14:50
Azərbaycanda benzinin qiyməti artırılır
İstanbulda Türkiyə və Azərbaycan tankerləri toqquşub - Yenilənib
Dünya 14:00
İstanbulda Türkiyə və Azərbaycan tankerləri toqquşub - Yenilənib
Bu şəxslər Gürcüstana gedəndə məcburi sığorta sənədi verməyəcək
Dünya 12:18
Bu şəxslər Gürcüstana gedəndə məcburi sığorta sənədi verməyəcək
Floridada Tramp və Netanyahu arasında görüş başlayıb
Dünya 00:04
Floridada Tramp və Netanyahu arasında görüş başlayıb
Putin hərbi çağırış haqqında sərəncam imzalayıb
Dünya 23:19
Putin hərbi çağırış haqqında sərəncam imzalayıb
Kiyev Putinin iqamətgahına PUA hücumu edib
Dünya 21:39
Kiyev Putinin iqamətgahına PUA hücumu edib
Tramp və Putin telefon danışığı aparıb
Dünya 21:12
Tramp və Putin telefon danışığı aparıb
Tehranda "Santa Klaus"la şəkil çəkdirmək qadağan olunub
Dünya 20:26
Tehranda "Santa Klaus"la şəkil çəkdirmək qadağan olunub
HAMAS Əbu Übeydənin ölümünü təsdiqləyib
Dünya 19:09
HAMAS Əbu Übeydənin ölümünü təsdiqləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol