• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Ultimatumun vaxtı bitir

Ultimatumun vaxtı bitir
22.08.2015 13:39
Koreya yarımadasında vəziyyət gərgin olaraq qalır. 

Bir qədər əvvəl Cənubi Koreyanın demilitariziya zonasının özünəməxsus hissəsində səsgücləndiricilər quraşdırması rəsmi Pxenyanın qəzəbinə səbəb olmuşdu. Şimali Koreya ordusu səsgücləndiricilər məhv etməyə çalışarkən tərəflər arasında silahlı qarşıdurmalar yaşanmışdı.

Şimali Koreya rəhbərliyi səsgücləndiricilərin hökumətə qarşı təbliğat-təşviqat aləti olduğunu əsas gətirərək qurğunun sökülməsini tələb edib. Hökumətin sözlərinə görə, əks təqdirdə bu təxribat xarakterli hərəkət iki ölkə arasında total müharibəyə səbəb ola bilər. Pxenyanın Birləşmiş Millətlər Təşkilatındakı səfiri An Men Hun belə deyib.

"Amerika Birləşmiş Ştatları və Cənubi Koreyanın Şimali Koreya xalqına qarşı siyasi və hərbi təxribatları səbəbilə hər iki ölkə müharibənin bir addımlığındadır. Koreya Xalq Demokratik Respublikasına qarşı aparılan psixoloji müharibə dövlətin və millətin ideologiyasını və bütün həyat tərzini dağıtmağa istiqamətlənib”.

Pxenyanın Seula verdiyi ultimatumun vaxtı bu gün başa çatacaq.

Cənubi Koreya prezidenti Pak Kın He də müharibə hədələrinə elə müharibə hədələri ilə də cavab verib. Prezident hərbi qüvvələri müharibəyə tam hazır olmağa çağırıb.

"Hərbi qüvvələr ehtimal edilən təxribatlara qarşı tam hazırlıqlı olmalıdırlar. Əgər belə bir şey olarsa, hərbi qüvvələrin dərhal qarşılıq verməsini istərdim. Ümid edirəm ki, hərbi qüvvələr vətəndaşların təhlükəsizliyini əsas götürəcəklər”.

Amerika hökuməti məsələ ilə əlaqədar şərhində Pxenyanı təxribat xarakterli hərəkətdən və hədələyici ritorikadan çəkinməyə çağırıb.

ABŞ müdafiə nazirinin Asiya və Sakit Okeanda təhlükəsizlik məsələləri üzrə köməkçisi Devid Şir: "Amerika hökuməti Şimali Koreyanın atəşkəs razılaşmasını pozmasına görə çox narahatdır. Vəziyyəti yaxından təqib edirik. Amerika öz tərəfdaşlarının müdafiəsi məsələsində dəyişməz mövqedədir. Pxenyan regionda sülh və stabilliyi pozan addımlar atmaqdan çəkinməlidir”

Cənubi Koreaynın paytaxtı Seulda Pxenyanın artilleriya zərbələrinə qarşı etiraz aksiyası keçirilib. Aksiya zamanı fəallar Şimali Koreya prezidenti Kim Çen Inın şəklini yandırıblar.//Anspress

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda benzinin qiyməti artırılır
Dünya 14:50
Azərbaycanda benzinin qiyməti artırılır
İstanbulda Türkiyə və Azərbaycan tankerləri toqquşub - Yenilənib
Dünya 14:00
İstanbulda Türkiyə və Azərbaycan tankerləri toqquşub - Yenilənib
Bu şəxslər Gürcüstana gedəndə məcburi sığorta sənədi verməyəcək
Dünya 12:18
Bu şəxslər Gürcüstana gedəndə məcburi sığorta sənədi verməyəcək
Floridada Tramp və Netanyahu arasında görüş başlayıb
Dünya 00:04
Floridada Tramp və Netanyahu arasında görüş başlayıb
Putin hərbi çağırış haqqında sərəncam imzalayıb
Dünya 23:19
Putin hərbi çağırış haqqında sərəncam imzalayıb
Kiyev Putinin iqamətgahına PUA hücumu edib
Dünya 21:39
Kiyev Putinin iqamətgahına PUA hücumu edib
Tramp və Putin telefon danışığı aparıb
Dünya 21:12
Tramp və Putin telefon danışığı aparıb
Tehranda "Santa Klaus"la şəkil çəkdirmək qadağan olunub
Dünya 20:26
Tehranda "Santa Klaus"la şəkil çəkdirmək qadağan olunub
HAMAS Əbu Übeydənin ölümünü təsdiqləyib
Dünya 19:09
HAMAS Əbu Übeydənin ölümünü təsdiqləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol