• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Prezident müxalifət liderini əfv etdi

Prezident müxalifət liderini əfv etdi
24.08.2015 09:12
Statkeviçi 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Belarus prezidenti Aleksandr Lukaşenko həbsdə olan müxalifətçi Nikolay Statkeviçi əfv edib.

ANS PRESS-in məlumatıan görə, Statkeviçi 2010-cu ildə keçirilən prezident seçkilərindən sonra tərəfdarlarını iğtişaşlara təşviq etməkdə ittiham olunaraq 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Həbsxanadan çıxdıqdan sonra paytaxt Minsk şəhərində Statkeviçi yüzlərlə ictimai fəal və jurnalist qarşılayıb. Jurnalistlərə müsahibəsi zamanı Statkeviç əfv olunması üçün prezidentə müraciət etmədiyini deyib.

"Lukaşenkonun seçkilərdən əvvəl məni azadlığa buraxacağını gözləmirdim. Lakin, görünür, bu onlara baha başa gəlir. Bundan əlavə, seçkilərlə əlaqədar onlar üçün hər şey əladır. Müxalifət pat vəziyyətindədir. Müxalifət seçkilərin nəticələrini boykot edə bilməyəcək. Həmçinin, hansısa namizədi dəstəkləyə bilməzlər. Yəqin, ona görə məni azadlığa buraxdılar”, Nikolay Statkeviç bildirib.


Müxalifət lideri Nikolay Statkeviç

Statkeviçlə birgə digər 6 müxalifət nümayəndəsi də azadlığa buraxılıb. Avropa Birliyi Belarus hökumətinin bu addımını yüksək qiymətləndirdiyini bildirib. Statkeviç öz siyasi fəaliyyətini davam etdirəcəyini və ölkəsini tərk etməyəcəyəni qeyd edib.

Müşahidəçilər isə müxalifət liderinin azadlığa buraxılmasını Minskə qarşı tədbiq olunan bir neçə sanksiyanın ləğv edilməsi ilə əlaqələndirirlər.

Avqust ayının əvvəlində insan haqlarını pozduğuna görə adı fərdi sanksiyalar siyahısına düşən 24 nəfər, o cümlədən, prezidentin sabiq köməkçisi, parlamentin yuxarı palatasının sabiq spikeri və daxili işlər nazirinin sabiq müavininə qarşı sanksiyalar ləğv edilmişdi.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünyanın ən məşhur su kanalları və boğazları - SİYAHI
Dünya 11:17
Dünyanın ən məşhur su kanalları və boğazları - SİYAHI
Məşhur yazıçı müsəlmanların müdafiəsinə qalxdı
Dünya 11:02
Məşhur yazıçı müsəlmanların müdafiəsinə qalxdı
Qəzaya uğrayan helikopterə Azərbaycan səfiri də minməliymiş
Dünya 10:51
Qəzaya uğrayan helikopterə Azərbaycan səfiri də minməliymiş
Kubadan tibb aləminə QİÇS MÜJDƏSİ
Dünya 10:51
Kubadan tibb aləminə QİÇS MÜJDƏSİ
Prezidentin ad günü menyusunda fil və aslan əti
Dünya 10:35
Prezidentin ad günü menyusunda fil və aslan əti
Bakı Avropanın ən romantik şəhərləri siyahısında
Dünya 10:15
Bakı Avropanın ən romantik şəhərləri siyahısında
Dünyanın ən çox silah alan ölkələri - SİYAHI
Dünya 09:43
Dünyanın ən çox silah alan ölkələri - SİYAHI
Azərbaycanın hərbi sirləri açıldı - FOTOLAR
Dünya 09:39
Azərbaycanın hərbi sirləri açıldı - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol