• $
  • £

Sosial şəbəkələrdə zərərli dini çağırışların artması müşahidə olunur

Sosial şəbəkələrdə zərərli dini çağırışların artması müşahidə olunur
26.08.2015 17:14
Bu gün bütün dünyada internetdə və sosial mediada dini təbliğat aparılmaqdadır. Aparılan təbliğat da məqsədindən və məramından asılı olaraq müsbət və mənfi meyillər yarada bilir.
 
Azərbaycan da dünyanın bir parçası olaraq və eləcə də ölkəmizdə internet azadlığı olduğu üçün sözügedən təbliğatdan kənarda qala bilməz.
 
Ölkəmizdə də internet üzərindən dini təbliğatın aparılmasının genişləndiyini müşahidə etmək mümkündür.
"İctnews.az” elektron xəbər xidməti bildirir ki, bu barədə Daşkəsəndə "Ənənəvi dini dəyərlərimiz və gənclik” mövzusunda keçirilən plenar konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov məlumat verib.
 
 O, "Sosial mediada din təbliğatı”  mövzusunda məruzəsi ilə çıxış edib. R.Əsgərov sosial mediada dini təbliğatın xarakterik xüsusiyyətləri, sosial şəbəkələrin ictimai-siyasi proseslərə təsiri, zərərli dini cərəyanların sosial media vasitəsilə sıralarını genişləndirməsi, təhlükəli çağırışlar səsləndirmələri, öz aralarında məlumat mübadiləsi aparmaları  və bu problemlərdən çıxış yolları barədə ətraflı məlumat verib.
 
 
Qeyd edilib ki, sosial şəbəkələrdə zərərli dini çağırışlar müşahidə edilməkdədir. Gənclərin bu kimi çağırışlara qoşulmaması üçün maarifləndimə tədbirlərinin genişləndirilməsinə ehtiyac var. Xüsusilə də uşaqların və yeniyetmələrin sosial şəbəkələrdəki fəaliyyətinə valideynlər tərəfindən nəzarətin həyata keçirilməsi vacib amillərdən biridir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 12:13
Qızıl və gümüş bahalaşıb
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
İqtisadiyyat 09:49
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
İqtisadiyyat 09:17
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol