• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Rövnәq Abdullayev də “Qarabağ”ın qələbəsindən danışdı

Rövnәq Abdullayev də “Qarabağ”ın qələbəsindən danışdı
28.08.2015 08:52
Xəbər verdiyimiz kimi, bu gün Avropa Liqasının "pley-off” mərhələsində "Qarabağ” İsveçrənin "Yanq Boyz” komandası ilə üz-üzə gəlib. Ağdam klubu rəqibini 3:0 hesabı ilə məğlub edərək Avroliqanın qrup mərhələsinə adlayıb. 


"Qafqazinfo” xəbər verir ki, AFFA prezidenti Rövnәq Abdullayev də oyunla bağlı fikirlərini bölüşüb:

"Artıq qrup mәrhәlәsinә düşmәk Azәrbaycan komandaları üçün әnәnә halına çevrilib. "Qarabağ” ardıcıl ikinci il bunu etdi. Hәr kәsi tәbrik edirәm. Ümid edirәm ki, onlar qrup mәrhәlәsindә dә uğur qazanacaqlar. İnanıram ki, bu uğurun davamını "Qәbәlә” gәtirәcәk. Onlara da vacib oyunda uğurlar arzu edirәm”.

Abdullayev Tofiq Bәhramov adına Respublika stadionunun qazonundan da danışıb: 

"İdman Nazirliyi ilә danışmışıq. Stadionun qazonu dәyişdirilәcәk”.

AFFA prezidenti millimizin Xorvatiya vә Malta komandalarına qarşı oyunlardan da uğur gözlәdiyini bildirib:

"Milli komandamızdan da uğurlu nәticә gözlәyirәm. Ümid edirәm ki, onlar "Qarabağ” vә "Qәbәlә”yә baxıb yaxşı nәticә qazanacaqlar”.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol