• $ 1.7
  • € 1.9751
  • ₽ 0.02173
  • ₺ 0.0421
  • £ 2.282

Bakı parkları: Fəvvarələr bağı - FOTOREPORTAJ

Bakı parkları: Fəvvarələr bağı - FOTOREPORTAJ
28.08.2015 16:58
Rüstəm Qasımov

Artıq yayın son günlərini yaşayırıq, bir azdan məzuniyyətlər və istirahətlər bitəcək, növbəti dərs ili və gərgin iş dövrü başlayacaq. Buna görə də şəhərimizin sakinləri bu dövrdən yararlanmaq istəyirlər, şəhərin mərkəzində, xüsusilə fəvvarələr meeydanında gəzintiyə çıxan, istirahət edən insanların çoxluğu belə fikirləşməyə əsas verir. 

Bakıda dostlarla görüşəcəyiniz, təmiz hava alacağınız, gəzintilərə çıxacağınız çox sayda park və bağlar mövcuddur. Bu gün isə biz sizin diqqətinizə şəhərin ən mərkəzində yerləşən, paytaxt sakinlərinin ən sevimli məkanlarından biri olan Fəvvarələr meydanını çatdıracağıq. 

Burada günün istənilən saatında insan kütləsiylə rastlaşmaq mümkündür. Əvvəllər burada ərazinin çox hissəsini tutan fəvvarələr var idi. Fəvvarələr götürüləndən sonra ərazi genişləndi. İndi buranın görüntüsü də dəyişib. Nizami küçəsiylə birləşən bağ indi Gənclər meydanı kimi də adlandırılır. Təsadüfi deyil ki, biz burada tez-tez gənclərin müxtəlif fləş-moblarının, rəqslərinin şahidi oluruq. Kənarda duranlar isə onların maraqlı nömrələrini maraqla izləyirlər. 

Hazırda meydanda bir neçə maraqlı fəvvarə də mövcuddur. Bu maraqlı memarlıq nümunələri saysız-hesabsız selfilərə, fotosessiyalara hədəf olub. Meydandakı müasir azərbaycanlı qızın geyim tərzini və gözəlliyini əks etdirən maraqlı bir heykəl də var.  

Fəvvarələr meydanında, daha doğrusu Gənclər meydanında müxtəlif formalarda, müxtəlif ölçülərdə maraqlı skameykalar insanların istirahətinə xidmət edir. 

Elm, təhsil, mədəniyyət və maarifçiliyi təbliğ edən ANN.Az xəbər portalı oxucularını ölkə içi və xaricdə baş verən hadisələrlə tanış etməklə kifayətlənmir, həmçinin onları yerli muzeylər, qalereyalar və şəhər parkları ilə tanış edir. 

Xoş seyrlər: 
 








































www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kiçik Venesiya – şəhər mərkəzində su krallığı - FOTOREPORTAJ
10:11
Kiçik Venesiya – şəhər mərkəzində su krallığı - FOTOREPORTAJ
Avropa şəhərləri: Qızıl Vyana - FOTOREPORTAJ
19:50
Avropa şəhərləri: Qızıl Vyana - FOTOREPORTAJ
Anar Şəmsiyev: “Arzum Pikasso kimi rəssam olmaqdı” – MÜSAHİBƏ
18:22
Anar Şəmsiyev: “Arzum Pikasso kimi rəssam olmaqdı”MÜSAHİBƏ
Qubanın payız və məhəbbət harmoniyası - FOTO
14:51
Qubanın payız və məhəbbət harmoniyası - FOTO
“Azərbaycan incəsənəti fotoqrafların gözü ilə” müsabiqəsindən FOTOLAR
19:22
“Azərbaycan incəsənəti fotoqrafların gözü ilə” müsabiqəsindən FOTOLAR
Daxildən baxış: Milli portret qalereyası – REPORTAJ
18:31
Daxildən baxış: Milli portret qalereyasıREPORTAJ
Bakı parkları: Fəvvarələr bağı - FOTOREPORTAJ
16:58
Bakı parkları: Fəvvarələr bağı - FOTOREPORTAJ
Şəhər parkları: Qış bulvarı - FOTOREPORTAJ
14:10
Şəhər parkları: Qış bulvarı - FOTOREPORTAJ
Bakı parkları: Dağüstü park - FOTOREPORTAJ
12:10
Bakı parkları: Dağüstü park - FOTOREPORTAJ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol