• $ 1.7
  • € 1.9999
  • ₽ 0.021972
  • ₺ 0.0396
  • £ 2.2941

“Qarabağ” və “Qəbələ”nin rəqibləri bəlli oldu

“Qarabağ” və “Qəbələ”nin rəqibləri bəlli oldu
28.08.2015 17:23
Azərbaycan komandaları Avropa Liqasının qrup mərhələsində güclü rəqiblərlə mübarizə aparacaq

Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Monakoda keçirilən mərasimdə iki Azərbaycan komandasının rəqibləri müəyyənləşib. 
 
Qrup mərhələsində çıxış edəcək 48 komanda 12 qrupa bölünüb. 4 mərhələ keçib, tarixində ilk dəfə əsas raunda yüksələn "Qəbələ” C qrupunda yer alıb. Təmsilçimizin rəqibləri "Borussiya” (Dortmund, Almaniya), PAOK (Yunanıstan), "Krasnodar” (Rusiya) olacaq.
 
Azərbaycan çempionu "Qarabağ” ikinci dəfə mübarizə apardığı qrup mərhələsində "Tottenhem” (İngiltərə), "Anderlext” (Belçika), "Monako” (Fransa) ilə qüvvəsini sınayacaq. Bu komandalar J qrupunda qərarlaşıb.
 
A qrupu: "Ayaks” (Hollandiya), "Seltik” (Şotlandiya), "Fənərbağça” (Türkiyə), "Molde” (Norveç)
 
B qrupu: "Rubin” (Rusiya), "Liverpul” (İngiltərə), "Bordo” (Fransa), "Syon” (İsveçrə)
 
C qrupu: "Borussiya” (Dortmund, Almaniya), PAOK (Yunanıstan), "Krasnodar” (Rusiya), "QƏBƏLƏ” (AZƏRBAYCAN)
 
D qrupu: "Napoli” (İtaliya), "Brügge” (Belçika), "Legiya” (Polşa), "Midtyulland” (Danimarka)
 
E qrupu: "Vilyareal” (İspaniya), "Viktoriya” (Çexiya), "Rapid” (Avstriya), "Dinamo” (Belarus)
 
F qrupu: "Marsel” (Fransa), "Braqa” (Portuqaliya), "Slovan” (Çexiya), "Qroninhen” (Hollandiya)
 
G qrupu: "Dnepr” (Ukrayna), "Latsio” (İtaliya), "Sent-Etyenn” (Fransa), "Rusenborq” (Norveç)
 
H qrupu: "Sportinq” (Portuqaliya), "Beşiktaş” (Türkiyə), "Lokomotiv” (Rusiya), "Skenderbeu” (Albaniya)
 
İ qrupu: "Bazel” (İsveçrə), "Fiorentina” (İtaliya), "Lex” (Polşa), "Belenenseş” (Portuqaliya)
 
J qrupu: "Tottenhem” (İngiltərə), "Anderlext” (Belçika), "Monako” (Fransa), "QARABAĞ” (AZƏRBAYCAN)
 
K qrupu: "Şalke” (Almaniya), APOEL (Kipr), "Sparta” (Çexiya), "Asteras” (Yunanıstan)
 
L qrupu: "Atletik” (İspaniya), "Alkmaar” (Hollandiya), "Auqsburq” (Almaniya), "Partizan” (Serbiya)
 
Qeyd edək ki, qrup mərhələsinin oyunları 17 sentyabr, 1 oktyabr, 22 oktyabr, 5 noyabr, 26 noyabr və 10 dekabrda keçiriləcək. Hər qrupda ilk iki yeri tutan komandalar 1/16 finala yüksələcək.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Həsənov və Azad Rəhimov birgə mətbuat konfransı keçirdi - FOTOLAR
07:08
Əli Həsənov və Azad Rəhimov birgə mətbuat konfransı keçirdi - FOTOLAR
İsrafil Aşurlu: “Alpinizm azadlıqdır!” – MÜSAHİBƏ
19:48
İsrafil Aşurlu: “Alpinizm azadlıqdır!”MÜSAHİBƏ
Balaca şahmatçılar - FOTOLAR
09:27
Balaca şahmatçılar - FOTOLAR
“Qarabağ” və “Qəbələ”nin rəqibləri bəlli oldu
17:23
“Qarabağ” və “Qəbələ”nin rəqibləri bəlli oldu
Daha bir Olimpiada - BAKIDA
10:12
Daha bir Olimpiada - BAKIDA
Bakı Olimpiya Stadionu - oyunlardan sonra - FOTOLAR
09:24
Bakı Olimpiya Stadionu - oyunlardan sonra - FOTOLAR
 Bizim də bir Ardamız olsaydı... KÖŞƏ
09:48
Bizim də bir Ardamız olsaydı... KÖŞƏ
Sabah bu yollarda hərəkət məhdud olacaq - Siyahı
21:01
Sabah bu yollarda hərəkət məhdud olacaq - Siyahı
16:00
"Mançester Yunayted"in məşq bazasında bir gün - REPORTAJ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol