• $
  • £

Caspian European Club Mədəniyyət və Turizm Nazirliyi ilə birgə biznes-forum keçirəcək

Caspian European Club Mədəniyyət və Turizm Nazirliyi ilə birgə biznes-forum keçirəcək
01.09.2015 09:41
Caspian European Club 2015-ci il sentyabrın 9-da Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə biznes-forum təşkil edəcək.
 
 
"Biznes-forum çərçivəsində turizmin inkişaf perspektivləri, dünya iqtisadi böhranının Azərbaycanın turizm sahəsinə təsiri məsələləri gözdən keçiriləcək, Caspian European Club çərçivəsində dövlət strukturlarının biznes nümayəndələri ilə əməkdaşlığının genişləndirilməsinin perspektivləri müzakirə olunacaq. Azərbaycan Respublikası Prezidenti, Caspian European Club-un Sədri, Zati-aliləri cənab İlham Əliyevin turizm sektorunun inkişafına göstərdiyi xüsusi diqqət və qayğı mövzunun aktuallığını daha da artıracaq.
 
 
Biz daimi dəstəyə və Caspian European Club-un üzv şirkətləri ilə qurulan aktiv dialoqa görə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə dərin təşəkkürümüzü bildirir və ümid edirik ki, biznes-forum çərçivəsində şirkət rəhbərləri onları maraqlandıran suallara cavab almaq, Azərbaycanda turizmin inkişafı ilə bağlı problemləri müzakirə etmək və həll yollarını tapmaq, həmçinin bizneslə dövlət arasında aktiv dialoqun təşkili üzrə təkliflər irəli sürmək imkanından yararlanacaqlar", - deyə Caspian European Club-un baş icraçı-direktoru Telman Əliyev bildirib.
 
 
Onun sözlərinə görə, biznes-forum çərçivəsində şirkətlər onları maraqlandıran suallara cavab almaq, Azərbaycanda turizmin inkişafı ilə bağlı problemləri müzakirə etmək və həlli yollarını tapmaq, həmçinin bizneslə dövlət arasında aktiv dialoq üçün təkliflər irəli sürmək imkanı əldə edəcəklər.
 
 
Sözügedən biznes-forumda Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikası Nəqliyyat  Nazirliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi, Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, "Azərbaycan Hava Yolları” (AZAL) QSC, "Azərbaycan Dəmir Yolları” QSC, "Bakı Metropoliten” QSC, iri otel və aviaşirkətlərin nümayəndələri, beynəlxalq maliyyə təşkilatlarının rəhbərləri, həmçinin müxtəlif səfirliklərin təmsilçiləri iştirak edəcəklər.
 
 
Caspian European Club-un üzv şirkətləri ilə yanaşı, tədbirə ASA (Azərbaycan), ASK (Azərbaycan), ATİB (AZərbaycan), TUSİAB (Azərbaycan), Gep-AFTP (Fransa), KazEnergy (Qazaxıstan) və  Atamekenin (Qazaxıstan) üzv şirkətləri də qatıla bilərlər.  
 
 
Qeyd edək ki, elə həmin gün Caspian European Club-un üzv şirkətlərinin nümayəndələri arasında şahmat turnirinin seçmə mərhələsi keçiriləcək. Yarımfinal və final oyunları isə 2016-cı ilin martında V Beynəlxalq Caspian Energy Forum-un gedişatı çərçivəsində baş tutacaq.
 
 
Caspian European Club-a və partnyor təşkilatlara üzv olmayan, lakin biznes-forumda iştirak etmək istəyən şirkət rəhbərləri sentybarın 4-dək Caspian European Club-a müraciət edə bilərlər: [email protected]
 
 
Sözügedən biznes-forumun yekunu olaraq Caspian European Club bir sıra tədbirlər təşkil edəcək.
 
 
Siyahıda Azərbaycan turizm sektorunun potensialının üzə çıxarılması üzrə Caspian Energy Marketing şirkəti tərəfindən keçiriləcək marketinq araşdırması və vətəndaşların həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda öz istirahətlərini təşkil edərkən nələri əsas götürdüklərinin öyrənilməsinə dair aparılacaq sorğu da yer alıb.  


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Mədəniyyət 10:45
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Mədəniyyət 13:38
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol