• $
  • £

"Qanun" kitab mağazası açdı, 2 ayda 4212 manat ziyan etdi

02.09.2015 13:15

"Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu "Sədərək" yarmarkasında icarəyə götürdüyü kitab mağazasını bağladığını bildirib. Bu barədə sosial şəbəkədə status yazan Ş.Xuduoğlu kitab mağazasını başlamalarının səbəbini aşağıdakı kimi izah edib: 

"Sədərəkdə kitab dükanını bağladıq. İki ay işlədik.
2 aylıq xərcimiz: Kirə haqqı - 2000 manat, kondisioner- 700 manat, kondisioneri quraşdırma - 50 manat, kitab rəfləri - 900 manat, kitab rəflərinin quraşdırılması - 150 manat, posterlərin hazırlanması- 125 manat, lampalar və nərdivan - 120 manat, işıq pulu - 90, əlavə xərclər - 122 manat 50 qəpik, iki nəfərin 2 aylıq maaşı - 1400 manat. 

Toplam xərc: 5657 manat.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 3 dəfə gəldilər, öncə alarma görə 1200 manat istədilər, qonşular dedilər ki, sizdən əvvəl bu yeri işlədənlər ödəyiblər, sonda 300 manat istədilər, vermədik. 
Vergilər Nazirliyindən 4 dəfə gəldilər, müqavilə imzaladıq. Doğrusu, bu müqavilənin mənasını anlamadım.

İndi keçəcək qazançımıza. 

İki ay ərzində kitab satışımız 1444 manat 92 qəpik olub".

Beləliklə aydın olur ki, "Qanun" nəşriyyatı "Sədərək" ticarət mərkəzində açdığı kitab mağazasından 4212 manat təmiz ziyanla qurtulub. /Musavat.com

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
11:30
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
10:50
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
10:48
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
Yaşar Nurinin doğum günüdür
10:36
Yaşar Nurinin doğum günüdür
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
10:19
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
Tanınmış aparıcıdan məhkəməyə şikayət:
10:03
Tanınmış aparıcıdan məhkəməyə şikayət: "Ərim məni döyür" - FOTO
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
09:29
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
09:26
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
Xalq artisti teatrdan uzaqlaşdırıldı
09:23
Xalq artisti teatrdan uzaqlaşdırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol