• $
  • £

Gənc Tamaşaçılar Teatrının aktyoru mükafatlandırıldı - Fotolar

Gənc Tamaşaçılar Teatrının aktyoru mükafatlandırıldı - Fotolar
02.09.2015 17:06
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar Artist Nofəl Vəliyev 18-23 avqust tarixlərində Türkiyənin Bursa şəhərinin Mudanya bölgəsində "Teatr tətili” yay məktəbində iştirak edib. Bu il yaradılan və Türkiyənin müxtəlif şəhərlərindən məşhur teatr mütəxəssislərinin iştirak etdiyi məktəbdə aktyorumuz ustad dərsləri ilə çıxış edib.  
 
ANN.Az xəbər verir ki, teatrın mətbuat xidmətindən verilən məlumata görə, 2014-2015-ci illər teatr mövsümü ərzində İstanbulda nümayiş etdirilən tamaşaların yozumu və aktyor oyununu qiymətləndirən Türkiyənin nüfuzlu  "XV Direklerarası Seyirci Ödülləri" qurumunun qərarı ilə adıçəkilən aktyorumuz iki nominasiya ilə də mükafatlandırılıb.
 
"Ən yaxşı rejissor işi” nominasiyası üzrə mükafata aktyorun ötən mövsüm Türkiyə Cumhuriyyətinin Antaliya Böyükşəhər Bələdiyyə Teatrında Pərvin Ünalpın "Gec qalanlar” əsəri əsasında hazırladığı eyniadlı tamaşa layiq görülüb.  
 
"Türkiyə xaricində mükafata layiq görülən teatrlar” nominasiyası çərçivəsində növbəti mükafata isə cari ilin may ayında Türkiyə Cumhuriyyəti Dənizli şəhərində keçirilmiş Beynəlxalq Teatr Festivalında nümayiş etdirilən "Qaçaq qocalar” tamaşası layiq görülüb.
 
Məlumat üçün bildirək ki, sözügedən tamaşa ötən mövsüm Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində fəaliyyət göstərən "Rejissorluq emalatxanası”nda Nofəl Vəliyev tərəfindən hazırlanıb.
 







www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
10:50
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
GTT məktəblilərin payız tətili günlərinə maraqlı tamaşalar vəd edir - Fotolar
00:10
GTT məktəblilərin payız tətili günlərinə maraqlı tamaşalar vəd edir - Fotolar
Musiqili Teatrda “Kimdir müqəssir?” – 25-ci dəfə- Fotolar
13:25
Musiqili Teatrda “Kimdir müqəssir?” – 25-ci dəfə- Fotolar
Kiçik səhnədə “Sonluğun sonu” - Fotolar
15:33
Kiçik səhnədə “Sonluğun sonu” - Fotolar
Yeni ilin ən maraqlı tamaşası Gənc Tamaşaçılar Teatrında olacaq - Fotolar
19:21
Yeni ilin ən maraqlı tamaşası Gənc Tamaşaçılar Teatrında olacaq - Fotolar
“Ər və arvad” tamaşası 50-ci dəfə nümayiş olunacaq - Fotolar
13:59
“Ər və arvad” tamaşası 50-ci dəfə nümayiş olunacaq - Fotolar
Mirmehdi Ağaoğlunun yeni kitabı çap olundu - FOTOLAR
15:17
Mirmehdi Ağaoğlunun yeni kitabı çap olundu - FOTOLAR
100-cü tamaşa - Fotolar
17:48
100-cü tamaşa - Fotolar
“Yağış göbələyinin macərası” 50-ci dəfə nümayiş olunacaq - FOTOLAR
23:07
“Yağış göbələyinin macərası” 50-ci dəfə nümayiş olunacaq - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol