• $
  • £

ABŞ-da “Üzeyir Hacıbəyli Günü” elan olundu

ABŞ-da “Üzeyir Hacıbəyli Günü” elan olundu
03.09.2015 16:05
Santa-Monika Hollivud ulduzlarının yaşadığı şəhər kimi tanınır.

Azərbaycan klassik musiqisinin yaradıcısı, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi ilə əlaqədar ABŞ-ın Kaliforniya ştatının tanınmış şəhərlərindən olan Santa-Monika şəhəri tərəfindən xüsusi gün elan olunub. 

Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Belə ki, şəhərin meri Kevin Makkion (Kevin McKeown) tərəfindən xüsusi bəyannamə imzalanaraq, 18 sentyabr 2015-ci il tarixinin "Üzeyir Hacıbəyli Günü” kimi qeyd olunacağı bəyan edilib.

Qeyd edək ki, Los-Anceles şəhərinin qonşuluğunda yerləşən Santa-Monika şəhəri bir çox Hollivud ulduzlarının və rejissorlarının yaşadığı şəhər kimi tanınır.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna təqdim olunmuş bəyannamədə, Ü.Hacıbəylinin Azərbaycan klassik musiqisinin banisi olduğu vurğulanaraq, onun ənənəvi Azərbaycan musiqisi və Avropa klassik operasının sintezi əsasında Şərq və Qərb musiqisinin çalarlarını özündə birləşdirən yeni bir janr yaratdığı diqqətə çatdırılır.

Ölməz bəstəkarın milli musiqimizə verdiyi töhfələrlə yanaşı, onun jurnalist, müəllim və tərcüməçi kimi Azərbaycan maarifçiliyində oynadığı roldan bəhs edilərək, Ü.Hacıbəylinin bu istiqamətdəki fəaliyyətinin ölkə sərhədlərini aşaraq bütün Avrasiyada insanların tərəqqisinə işıq saçdığı qeyd olunur.

Həmçinin, Ü.Hacıbəylinin İslam dünyasında ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Demokratik Respublikasının (ADR) formalaşmasında önəmli rol oynadığı və Azərbaycanın ilk himninin müəllifi olduğu xüsusi vurğulanır.

Eləcə də, bəyannamədə dahi bəstəkarın müsəlman dünyasında ilk opera və operettanın müəllifi olduğu qeyd olunaraq, dünya şöhrətli "Arşın Mal Alan” operettası və filmi barədə məlumat verilir və bu səpkidə filmin rənglənmiş versiyasının sentyabrın 19-da ABŞ-da ilk dəfə olaraq Los-Ancelesdə nümayiş etdiriləcəyi bildirilir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Mədəniyyət 10:45
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Mədəniyyət 13:38
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol