Ədəbiyyat dünyasına sevindirici xəbər - Selincer
Rejissor Denni Stronq dünya şöhrətli yazıçı Cerom Devid Selincerin həyatı haqda film çəkmək istədiyini deyib.
Axar.az xarici mətbuata istinadən xəbər verir ki, rejissor çəkəcəyi "Çovdarlıqda qiyam” ("Rebel in the Rye”) adlı filmində Selinceri kimin canlandırdığına dair pərəstişkarlarına ipucu verib.
Əvvəllər bu rol üçün ağlında bir çox namizəd olan Stronq baş rolda Nikolas Holtun oynayacağını deyib.
Qeyd edək ki, Denni Stronqun adı bu vaxta qədər kino dünyasında bir çox fərqli layihədə çəkilsə də, bu, rejissorun idarə etdiyi ilk layihə olacaq.
www.ann.az