• $
  • £

Yaponlar tualetlərdə incəsənət festivalı keçirirlər

Yaponlar tualetlərdə incəsənət festivalı keçirirlər
07.09.2015 23:28
Tualet otaqlarında ilk incəsənət sərgisi keçirilir. Yaponiyanın Oita şəhərində keçirilən bu sərginin adı belədir: Toilennale.

Tualetləri ənənəvi incəsənət biennalesindəki kimi art pavilyonlara çeviriblər.

Yaponiya dünyada ən yüksək texnologiyalı tualetlərə malik olmasıyla öyünən ölkədir. Bu ölkənin ictimai tualetləri o qədər təmiz, gözəl və qeyri-adidir ki, "TripAdvisor" kimi turist şəbəkələrində ora gedən hər turist bu faktı qabardır.

Sərginin keçirildiyi Oita şəhərində içərisi boş olan vaxt divarları şəffaflaşan, məşğul olanda içərisi görünməz olan tualetlər var.

Şəhər rəhbərliyinin təşkil etdiyi bu sərgidə isə 16 ictimai tualet art instalyasiyalarla bəzədilib. Müəlliflər yapon sənət adamlarıdır. Sərgi 23 sentyabra qədər davam edəcək.

Təşkilatçı Eisuke Sato Quartz dərgisinə deyib ki, Toilennale’nin məqsədi turizmi həvəsləndirmək, şəhəri incəsənət və tualetləri vasitəsilə tanıtmaqdır.

Əsərlərə gəlincə, bir tualetdə çoxlu çəhrayı şamlar alovlanmaqdadır, əsərin adı "Əriyən arzular”dır.

"Tualet oyuncaqları" adlı bir əsərdə tavandan işlənmiş oyuncaqlar sallanıb. Divarlara meşə rəsmləri çəkilmiş bir pavilyonun adı "Səyahət tualeti”dir və s.

Burada interaktiv emalatxanalar da keçirilir, bu emalatxanalar zamanı tualetlərdəki güzgülərdə və divarlarda tualet yazıları yazır - qraffiti çəkirlər.

Bu tualetlər həm də öz ilkin funksiyasına qulluq etdiyindən, bir neçə qayda da yazılıb divarlara: "Lütfən otaqlara girməzdən əvvəl qapını döyün,” "Lütfən buranın tualet olduğunu unutmayın. Yubananda düşünün ki, kimsə istifadə etmək istəyə bilər.”


Sonuncu elana riayət etmək çətindir. Məsələn, Tatsuo Majima‘nın əsəri unitazın yanına vurulmuş tabletdə modern incəsənət tarixi haqda 90 dəqiqəlik təkbətək mühazirədir.

Bu, Yaponiyada ilk tualet festivalı deyil. Yaponiyanın tualet aksessuarları istehsalçısı TOTO keçən il Yaponiyanın beynəlxalq hava limanında tualet qalereyası açmışdı. Orada tualet dizaynları nümayiş etdirilirdi.

Bəşəriyyət Duchamp’dan bu yana çox böyük yol keçib. /Azadliq.org

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Mədəniyyət 10:45
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Mədəniyyət 13:38
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol