• $
  • £

Habil Əliyevlə vida mərasimi bu gün olacaq - FOTO

Habil Əliyevlə vida mərasimi bu gün olacaq - FOTO
09.09.2015 09:14
Vida mərasimindən sonra xalq artisti Fəxri xiyabanda torpağa tapşırılacaq.

Azərbaycanın xalq artisti Habil Əliyevlə vida mərasimi bu gün Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.

Xalq artistinin yaxınlarının ANS PRESS-ə verdiyi məlumata görə, vida mərasimi sentyabrın 9-da saat 10.00-dan 12.00-dək keçiriləcək.

Vida mərasimindən sonra Habil Əliyev Fəxri xiyabanda torpağa tapşırılacaq.

Xatırladaq ki, ötən gün axşam saatlarında xalq artisti Habil Əliyev dünyasını dəyişib. Kaman ustası Habil Əliyev səhhətində yaranan problemlərə görə avqust ayının 15-də ürək və tənəffüs çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib, Xalq artistinin səhhəti normallaşandan sonra müayinəsini evdə davam etdirməsi üçün avqust ayının 22-də o,evə buraxılıb, bir neçə gün əvvəl isə yenidən komaya düşüb.

Allah rəhmət eləsin...

Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub.

1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirlərini öyrənib.

H. Əliyev "Segah”, "Bayatı-Qacar”, "Bəstənigar”, "Bayatı-Şiraz”, "Rahab”, "Bayatı-Kürd”, "Cahargah”, "Rast”, "Zabul” muğamlarına yeni kamança həyatı verib.

Kaman ustası keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s. qastrol səfərlərində olub, ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb.

1978-ci ildə Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülüb. dəfələrlə müxtəlif orden və medallarla, döş nişanları və fəxri fərmanlarla təltif olunub. 




www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
11:30
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
10:50
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
10:48
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
Yaşar Nurinin doğum günüdür
10:36
Yaşar Nurinin doğum günüdür
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
10:19
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
Tanınmış aparıcıdan məhkəməyə şikayət:
10:03
Tanınmış aparıcıdan məhkəməyə şikayət: "Ərim məni döyür" - FOTO
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
09:29
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
09:26
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
Xalq artisti teatrdan uzaqlaşdırıldı
09:23
Xalq artisti teatrdan uzaqlaşdırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol