• $
  • £

Şəhriyar Məmmədyarov: “Bu, sonuncu şansdı”

Şəhriyar Məmmədyarov: “Bu, sonuncu şansdı”
09.09.2015 11:36
"Son günlər azərbaycanlı şahmatçılar Qəbələdə hazırlıq keçdilər. Düşünürəm ki, hər şey normal oldu. Əsasən ilk mərhələdəki rəqiblərimizə hazırlaşırdıq. Bu dəfəki Dünya Kuboku heyət baxımından ən güclüdü. Ona görə əvvəlcə ilk rəqib haqda düşünmək vacibdi”.
 
Apasport.az saytının xəbərinə görə, bu sözlər Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarova məxsusdu.

Sabah Bakıda start götürəcək Dünya Kuboku haqda fikirlərini bildirən Məmmədyarov əllərindən gələni edəcəyini söyləyib: "Dünya Kubokunda əsas finalçı olmalısan. Yalnız finalçılar iddiaçılar turnirinə vəsiqə qazanacaq. Bu şahmatçılar üçün sonuncu şansdı. Son üç mövsümdə Azərbaycan dünya çempionluğuna iddiaçıların turnirində təmsil olunub. Çox istərdik ki, yeni mövsümdə də belə olsun”.

Təmsilçimizin indiyə qədər Dünya Kubokunda ən yaxşı nəticəsi 1/4 finala vəsiqə qazanmaq olub: "Dünya Kubokunda yekun nəticəni proqnoz vermək mümkün deyil. Hər bir şahmatçı iki dəfə üz-üzə gəlir. Düzgün taktika hətta güclü rəqibi belə məğlub etməyə kömək edir. Sözsüz ki, bütün şahmatçılarımıza inanırıq. Daha çox mənimlə yanaşı, Teymur Rəcəbovdan uğur gözlənilir. Çox istərdim Dünya Kubokunun finalında iki azərbaycanlı şahmatçı qarşılaşsın. Teymurla finalda mübarizə aparmaq ideal olardı. İndiki halda bizi çətin marafon gözləyir. Hər bir şahmatçımıza uğurlar arzulayıram”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
İdman 18:43
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
“Şahdağ”da keçirilməsi planlaşdırılan moqul üzrə Dünya Kuboku təxirə salınıb
İdman 10:00
“Şahdağ”da keçirilməsi planlaşdırılan moqul üzrə Dünya Kuboku təxirə salınıb
"Qarabağ" 8700 manat cərimələnib
İdman 16:00
"Qarabağ" 8700 manat cərimələnib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol