• $
  • £

"Əli və Nino"ya Gəncədə heykəl qoyulacaq

10.09.2015 12:16
Azərbaycanda ilk dəfə olaraq "Əli və Nino” heykəli ucaldılacaq. Heykəl Gəncədə salınan bulvar kompleksi ərazisində qoyulacaq. Hazırda abidənin beton-konstruksiya işləri görülür.
 
Abidənin memarı Cahid Həsənovun AZƏRTAC-a verdiyi məlumata görə, abidənin hündürlüyü 3,5 metr olacaq.
 
Onun sözlərinə görə, heykəl iki alovun yanması anlamını verəcək və ətrafında süni tüstü effektləri yaratmaqla iki gəncin sanki səmada uçmaları təsvir olunacaq. Bundan başqa, abidənin ətrafında göz yaşlarını xatırladacaq 3 fəvvarə quraşdırılacaq.
Memar onu da deyib ki, azərbaycanlı və gürcü gənclərinin sevgisinə ithaf edilən abidə Azərbaycandan əvvəl Çin, Fransa və Gürcüstanda ucaldılıb.
"Əli və Nino” Qurban Səidin əsəridir. Əsərdə hadisələr Demokratik Cümhuriyyət dövründə və Azərbaycanın sovetlər tərəfindən istila edildiyi ilk günlərdə cərəyan edir. Roman Avropada da bir neçə dəfə çap olunub. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
11:30
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
10:50
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
10:48
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
Yaşar Nurinin doğum günüdür
10:36
Yaşar Nurinin doğum günüdür
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
10:19
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
Tanınmış aparıcıdan məhkəməyə şikayət:
10:03
Tanınmış aparıcıdan məhkəməyə şikayət: "Ərim məni döyür" - FOTO
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
09:29
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
09:26
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
Xalq artisti teatrdan uzaqlaşdırıldı
09:23
Xalq artisti teatrdan uzaqlaşdırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol