• $ 1.7
  • € 1.7604
  • ₽ 1.7617
  • ₺ 0.0472
  • £ 2.1151

Gənc Tamaşaçılar Teatrının aktyoru "Ən yaxşı aktyor" oldu

Gənc Tamaşaçılar Teatrının aktyoru
29.05.2020 05:21
Azərbaycan  Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı aktyoru Xəyal Salahov "Bakı Oskarı qısametrajlı filmlər” Festivalının qalibi olub. 

ANN.Az xəbər verir ki, Teatrın Mətbuat xidmətindən verilən məlumata görə, aktyor Qarabağ şəhidlərinin əziz xatirəsində həsr  olunmuş "Məriz” qısametrajlı filmində canlandırdığı erməni roluna görə Festivalın "Ən yaxşı aktyor” nominasiyası ilə mükafatlandırılıb. 

Gənc rejissor Elvin Abdullayevin quruluş verdiyi 11 dəqiqəlik film Qarabağ hadisələrinin 13 yaşlı Qeyrət adlı gəncin yaddaşında buraxdığı ağır psixoloji təsirindən bəhs edir. 

Ümumilikdə 29 filmin daxil edildiyi festivalın əsas məqsədi gənc rejissorların işlərini dəyərləndirmək, gələcəkdə özünü bu sahədə sınamaq istəyən, istedadlı olduğuna inanan gənclərə dəstək olmaq, gələcək peşə fəaliyyətlərində onlara uğurlu bir başlanğıc üçün şərait yaratmaq və stimullaşdırmaqdan ibarətdir.



www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
11:30
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
10:50
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
10:48
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
Yaşar Nurinin doğum günüdür
10:36
Yaşar Nurinin doğum günüdür
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
10:19
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
Tanınmış aparıcıdan məhkəməyə şikayət:
10:03
Tanınmış aparıcıdan məhkəməyə şikayət: "Ərim məni döyür" - FOTO
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
09:29
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
09:26
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
Xalq artisti teatrdan uzaqlaşdırıldı
09:23
Xalq artisti teatrdan uzaqlaşdırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol