• $
  • £

84 yaşlı aktyor özündən 60 yaş balaca tələbəsi ilə ailə qurdu - FOTOLAR

84 yaşlı aktyor özündən 60 yaş balaca tələbəsi ilə ailə qurdu - FOTOLAR
10.09.2015 20:38
Rusiyanın 84 yaşlı məşhur aktyoru İvan Krasko 24 yaşlı tələbəsi Natalya Şevel ilə ailə qurub. Toy Sankt-Peterburqda baş tutub. Bu barədə "Komsomolskaya pravda" xəbər verib.

ANN.Az xəbər verir ki, nikah zalına daxil olan 84 yaşlı bəy admiral formasında gənc gəlin isə ağ paltarda olub. 4-cü dəfə evlilik şəhadətnaməsi alan bəy mərasim öncəsi çox həyəcanlı olub və qonaqların təklifi ilə "Validol" qəbul edib. Nikah mərasiminə nə gəlinin valideynləri, nə də bəyin əvvəlki evlilikdən olan övladları gəlib. Amma buna baxmayaraq, səbəbkarların sevincli günündə kifayət qədər iştirak edən olub.

Toy mərasimində iştirak edən şahidlərin sözlərinə görə, bəy-gəlin arasınd abelə bir dialoq keçib: 

-İvan İvanoviç, bu nə formadır? - deyə təəccüblü halda Natalya nişanlısından soruşub.

Krasko onun bu təccübünü belə izah edib: 

- Bu formanı mən 23 yaşımda daşımışam. Mən sənin yaş dövrünə qayıtmaq istədim, istədim ki, 23 yaşım olanda mənim necə göründüyümü təsəvvür edə biləsən. Başa düşdünmü? Bunu necə qiymətləndirirsən?

Nikah mərasimindən sonra Aktyorlar Evində banket keçirilib və təzə evlənənlər, eləcə də qonaqlar yaxşıca əyləniblər.

İvan Krasko aktyorluq sənətinə 1961-ci ildən başlayıb, onlarla sovet filmində müxtəlif dərəcəli rolları ifa edib. Daha sonra rus filmlərində də obrazlar canlandırıb.

Krasko indiyə qədər 3 evlilik reallaşdırıb. İlk evliliyi 1951-ci ildə Yekatirina İvaniva ilə olub və o illərdə qızı Qalina dünyaya gəlib. 1956-cı ildəki evliliyi xeyli müddət çəkib və Kira Petrova ilə evliliyi 1997-ci ilədək sürüb. Cütlüyün 1957-ci il təvəllüdlü oğlu Andrey 2006-cı ildə ürək çatışmazlığından vəfat edib. 1966-ci il təvəllüdlü Yuliya adlı qızları da var.

Krasko 2001-ci ildə yenidən nikaha girib. Natalya Vyalla 10 il sürən evlilikdən iki oğlu olub - İvan və Fyodr.

  








 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dünyanın ən təsirli 5 dahi əsəri - SİYAHI
19:00
Dünyanın ən təsirli 5 dahi əsəri - SİYAHI
Əziz Sancar əslində üçüncü nobelçi imiş - FOTO
17:50
Əziz Sancar əslində üçüncü nobelçi imiş - FOTO
84 yaşlı aktyor özündən 60 yaş balaca tələbəsi ilə ailə qurdu - FOTOLAR
20:38
84 yaşlı aktyor özündən 60 yaş balaca tələbəsi ilə ailə qurdu - FOTOLAR
Elnur Hüseynov birinci oldu - FOTO
00:22
Elnur Hüseynov birinci oldu - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol