• $
  • £

Nazarbayev İlham Əliyev ilə görüşdü

Nazarbayev İlham Əliyev ilə görüşdü
29.05.2020 02:36
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyev ilə Türkdilli dövlətlərin əməkdaşlıq Şurasının beşinci sammiti çərçivəsində görüşüb.

Oxu.Az Qazaxıstan prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, görüşün gedişatında Nursultan Nazarbayev İIham Əliyevə səfər və Qazax xanlığının 550 illiyinə həsr edilmiş təntənəli iclasda iştirakı üçün təşəkkür edib.

Nursultan Nazarbayev həmçinin qeyd edib ki, Qazaxıstan və Azərbaycanın qardaş xalqlarını çoxəsrlik qardaşlıq telləri bağlayır.

"Bir-birimizə inam bizim münasibətlərimizi xarakterizə edir. Sizin Qazaxıstana hər səfəriniz ölkələr arasında əməkdaşlığın yeni səhifəsidir.

İndi dünya iqtisadiyyatı mürəkkəb zaman yaşayır, amma hətta bu şərtlərdə belə ölkələrimiz iqtisadi-ticari sahədə yeni təmas nöqtələri axtarırlar”, - N.Nazarbayev deyib.

Azərbaycan prezidenti öz növbəsində Qazaxıstana hər zaman məmnuniyyətlə səfər etdiyini vurğulayıb və ikitərəfli münasibətlərdə tam qarşılıqlı anlaşmanın olduğunu qeyd edib.

İ.Əliyev bütün qazax xalqını Qazax xanlığının 550 illiyi münasibəti ilə təbrik edib.

"Sizin bugünkü təntənəli iclasda çıxışınız, Qazaxıstanın tarixi keçmişinin və bugünkü inkişafının təhlili bir daha ölkənizin uğurlarının dərin milli və tarixi kökləri olduğunu göstərir”, - Azərbaycan prezidenti deyib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Siyasət 22:43
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Siyasət 20:06
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Əli Əsədov Murat Kurumla görüşüb
Siyasət 18:30
Əli Əsədov Murat Kurumla görüşüb
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Siyasət 16:08
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Siyasət 13:01
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Siyasət 11:29
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Baş nazir quru sərhədlərdən danışıb
Siyasət 11:18
Baş nazir quru sərhədlərdən danışıb
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Siyasət 23:16
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Siyasət 22:00
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol