• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Musiqili Teatrın əməkdaşları Prezidentə təşəkkür etdi- Fotolar

Musiqili Teatrın əməkdaşları Prezidentə təşəkkür etdi- Fotolar
15.09.2015 20:25

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında” sərəncamı ilə Dövlət Musiqili Teatrının da üç əməkdaşı "Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.
 
ANN.Az xəbər verir ki, teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, bunlar aktrisa Svetlana Bulax, aktyor Əzizağa Əzizov və baş xormeyster Vaqif Məstanovdur. Hər üç sənətçi xəbərin onlar üçün gözlənilməz olduğunu bildirib.
 
"Xəbər o qədər gözlənilməz oldu ki... Hələ də sevinc içindəyəm. Sevincimdən nə deyəcəyimi bilmirəm. 35 ildir ki, səhnədəyəm. Bu, cənab Prezidentin mənim bir qərinədən də çox olan yaradıcılığıma verdiyi böyük bir qiymətdir. Mən ukraynalıyam, Ukraynada doğulmuşam, orda böyümüşəm. Amma uzun illərdir ki, həyatımı Musiqili Teatra bağlamışam. Məni "Azərbaycan Respublikasının Əməkdar artisti” adıyla təltif etdiyi üçün cənab İlham Əliyevə böyük sevgimi və təşəkkürümü bildirirəm”, - deyə Svetlana Bulax bildirib.
 
Baş xormeyster Vaiqf Məstanov da hələ də böyük bir sevinc içində olduğunu söyləyib. "Böyük bir çoşqu içindəyəm. Hisslərimi ifadə etmək də çətinlik çəkirəm. Həyatımın 41 ilini sənətə həsr etmişəm. 25 ildir ki, Musiqili Teatrda çalışıram. Cənab Prezidentə məni belə yüksək bir fəxri ada layiq gördüyü üçün dərin minnətdarlığımı bildirirəm. Əslində, fəxri adların verilməsi təkcə sənətçilərin uzun illər sərf etdiyi əməyə verilən yüksək qiymət deyil, həm də onlara gələcək yaradıcılıqlarında böyük bir stimul verən hadisədir”, deyə Vaiqf Məstanov bildirib.
 
"30 ildən çoxdur ki, səhnədəyəm. Düşünürəm ki, bu mənim 30 illik fəaliyyətimə verilən yüksək bir qiymətdir. Cənab Prezidentə, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya öz adımdan, ailəm adından təşəkkür edirəm. Mən Qarabağda döyüşmüşəm, veteranam. Tam səmimi deyirəm, əgər günü sabah səfərbəlik elan olunsa, Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbəliyi altında bu yaşımda da torpaqlarımızın işğaldan azad edilməsi üçün döyüşməyə hazıram. Bir daha cənab Prezidentə daima mədəniyyət xadimlərinə göstərdiyi diqqət və qayğıya görə təşəkkür edir, hər zaman onun yürütdüyü siyasəti dəstəkləyən sadiq bir əsgər olduğumu bildirirəm”, deyə Əzizağa Əzizov fəxri ad almasıyla bağlı danışarkən söyləyib.
 



 
 
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
10:50
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
GTT məktəblilərin payız tətili günlərinə maraqlı tamaşalar vəd edir - Fotolar
00:10
GTT məktəblilərin payız tətili günlərinə maraqlı tamaşalar vəd edir - Fotolar
Musiqili Teatrda “Kimdir müqəssir?” – 25-ci dəfə- Fotolar
13:25
Musiqili Teatrda “Kimdir müqəssir?” – 25-ci dəfə- Fotolar
Kiçik səhnədə “Sonluğun sonu” - Fotolar
15:33
Kiçik səhnədə “Sonluğun sonu” - Fotolar
Yeni ilin ən maraqlı tamaşası Gənc Tamaşaçılar Teatrında olacaq - Fotolar
19:21
Yeni ilin ən maraqlı tamaşası Gənc Tamaşaçılar Teatrında olacaq - Fotolar
“Ər və arvad” tamaşası 50-ci dəfə nümayiş olunacaq - Fotolar
13:59
“Ər və arvad” tamaşası 50-ci dəfə nümayiş olunacaq - Fotolar
Mirmehdi Ağaoğlunun yeni kitabı çap olundu - FOTOLAR
15:17
Mirmehdi Ağaoğlunun yeni kitabı çap olundu - FOTOLAR
100-cü tamaşa - Fotolar
17:48
100-cü tamaşa - Fotolar
“Yağış göbələyinin macərası” 50-ci dəfə nümayiş olunacaq - FOTOLAR
23:07
“Yağış göbələyinin macərası” 50-ci dəfə nümayiş olunacaq - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol