• $
  • £

Qəfil ölən Xalq artistinin həyat yoldaşından - Sensasion açıqlama

Qəfil ölən Xalq artistinin həyat yoldaşından - Sensasion açıqlama
15.09.2015 17:10
Xalq artistinin ölümündə baş rejissorun əli - "Görüşdən sonra halı pisləşdi” 

Xalq artisti, mərhum sənətkar İlham Əsgərovun həyat yoldaşı Yeganə Əsgərova aktyorun ölümündə Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun adının hallanması ilə bağlı məsələyə aydınlıq gətirib. 

O, AzNews.az-a açıqlamasında bildirib ki, İsrafil İsrafilov "Azdrama”ya direktor təyin olunandan İ.Əsgərov əsəbi və gərgin olub: "Onun ölümünə əsəb səbəb oldu. Bu əsəb də bir günün işi deyildi. 5 il… Teatrın işi ilə bağlı bütün günü əsəbi idi. Aktyorlar mart ayında istəyirdilər ki, İsrafil İsrafilov işdən çıxsın. O, isə çıxmadı. Sonra onlar prezidentə məktub ünvanladılar. Gərək kimsə öləydi... O da İlhama düşdü. Qurbanlıq İlham oldu”. 

Y.Əsgərovanın sözlərinə görə, İ.Əsgərov dünyasını dəyişən gün teatrın baş rejissoru Azər Paşa Nemətovla görüşüb: "Azər Paşa onu özü otağına dəvət edib. Aralarında teatrla bağlı müzakirə olub. Ümid edirdi ki, yeni bədii rəhbər və baş rejissor gəlib, bəlkə hər şey düzələr. Görünür, söhbət zamanı başa düşüb ki, heç nə düzələn deyil”.

Y.Əsgərova deyir ki, aktyor həmin gecə narahat olub, özünü pis hiss edib: "A.Nemətovla görüşdən sonra evə gəldi. Axşam İlhamın halı qəfildən pisləşdi. Getdik xəstəxanaya, amma gecikmişdik. Həkimlər əlindən gələni etdi, lakin nəticə olmadı. Biz İlhamı itirdik”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
11:30
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
10:50
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
10:48
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
Yaşar Nurinin doğum günüdür
10:36
Yaşar Nurinin doğum günüdür
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
10:19
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
Tanınmış aparıcıdan məhkəməyə şikayət:
10:03
Tanınmış aparıcıdan məhkəməyə şikayət: "Ərim məni döyür" - FOTO
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
09:29
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
09:26
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
Xalq artisti teatrdan uzaqlaşdırıldı
09:23
Xalq artisti teatrdan uzaqlaşdırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol