• $
  • £

Qəbələdə gənclər "Siqaretə Yox" dedilər

Qəbələdə gənclər
28.05.2020 22:02
"Könüllülər Yurdu Azərbaycan” layihəsinin Qəbələ şəhərində açılış mərasimi keçirilib.

Açılış mərasimində Qəbələ şəhər İcra Hakimiyyətinin nümayəndəsi Ramin Qəribov və Qəbələ şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Fəxri Soltanov iştirak edib və bu layihənin könüllük fəaliyyətinin təbliğinin həyata keçirilməsi üçün böyük təşəbbüs olduğunu bildiriblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən layihəydə Ağdam, Yevlax və Bərdə rayonlarından ümumilikdə 60 gənc iştirak edib. İlk növbədə iştirakçılara "Şəxsi inkişaf”, "Könüllülüyün fəlsəfəsi və tarixi”, "ASAN Könüllüləri” təşkilatı, "ASAN School” könüllülük məktəbi və "ASAN Kadr”, "Dövlət orqanlarının şəxsi inkişaf üçün yaratdığı imkanlar” mövzularında müxtəlif təlimlər keçirilib.

Layihə çərçivəsində gənclərə könüllük fəaliyyətini praktiki cəhətdən öyrədilməsi məqsədilə şəhərin mərkəzində "Tütünə Yox” adlı sosial aksiya keçirilib. "Acı tütünü şirin dada dəyişək” sloqanı ilə keçirilən aksiyada gənclər vətəndaşlara yaxınlaşaraq tütünün zərərlərini anladıb, daha sonra vətəndaşlardan siqaretləri alıblar. Aldıqları siqaret qarşılığında onlara müxtəlif şirniyyat verilib. Siqaretlər isə yığılaraq tullanılıb.

Qeyd edək ki, Bakı, Sumqayıt şəhərləri ilə yanaşı 6 regionu əhatə edəcək "Könüllülər Yurdu – Azərbaycan” layihəsinin əsas məqsədi könüllü fəaliyyətini gənclər arasında təbliğ etmək və bununla da sosial-ictimai sahədə regionda yaşayan gənclərinin rolunun artırılmasına nail olmaqdan ibarətdir. Onuda qeyd edək ki, layihə 600 gənci əhatə edəcək və 50 000 ailə "ASAN xidmət”in göstərdiyi xidmət ilə bağlı maarifləndiriləcək.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
Cəmiyyət 21:43
Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
Ramazanın iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 21:00
Ramazanın iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma - Video
Cəmiyyət 20:30
Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma - Video
Binəqədidəki yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 19:48
Binəqədidəki yanğın söndürülüb - Yenilənib
Son 1 həftədə təbiətə 73 mindən çox ziyan vurulub
Cəmiyyət 18:47
Son 1 həftədə təbiətə 73 mindən çox ziyan vurulub
Bu marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:18
Bu marşrutun hərəkət sxemi dəyişdirilir
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
Cəmiyyət 17:57
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
"Gəncə Sukanal" ləğv olunur
Cəmiyyət 17:19
"Gəncə Sukanal" ləğv olunur
Azərbaycanda 2025-ci ildə orta hesabla hər gün 53 yanğın baş verib
Cəmiyyət 17:02
Azərbaycanda 2025-ci ildə orta hesabla hər gün 53 yanğın baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol