• $
  • £

Musiqili Teatrda “Gənclər nə istəyir?”

Musiqili Teatrda “Gənclər nə istəyir?”
16.09.2015 19:59

Azərbaycan Dövlət Musiqili Teatrında gənc əməkdaşların iştirakı ilə toplantı keçirilib.
 
ANN.Az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, "Gənclər nə istəyir?” adlanan tədbirdə teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev gənclərin teatrdakı fəaliyyətindən söz açıb, onların yaradıcılıq prosesində daha fəal iştirakı üçün teatr rəhbərliyinin hər cür  şərait yaratmağa hazır olduğunu bildirib. Teatrın gənc əməkdaşları Ruslan Mürsəlov, Gültac Əlili, Nərgiz Əlizadə, Elməddin Dadaşov, Əlif Cahangirli və başqaları çıxış ediblər. Gənclər çıxışlarında onları narahat edən məsələlərdən, qayğı və problemlərindən bəhs edərək müxtəlif təklif və təşəbbüslər irəli sürüblər. Səmimi şəraitdə keçən toplantıda gənclərin daha effektli və keyfiyyətli yaradıcı proseslə məşğul olması üçün bir sıra qərarlar qəbul edilib. Teatr rəhbərliyi bəyan edib ki, gənclərin Bədii Şura tərəfindən məqbul hesab olunan bütün layihələrinə maddi və texniki dəstək veriləcək.
 
 
Xəbər verildiyi kimi Mədəniyyət və Turizm Nazirliyi yeni teatr mövsümünün başlaması ilə əlaqədar müşavirə keçirib. Musiqili Teatrın "Gənclər nə istəyir?” toplantısında həmin müşavirədə respublikanın teatr-konsert müəssisələrinin fəaliyyəti, yeni mövsümdə həyata keçiriləcək yaradıcı işlər, bəzi struktur məsələləri, irəli sürdüyü təkliflər, tövsiyyələrlə əlaqədar müzakirələr də olub. Toplantının sonunda belə tədbirlərin mütəmadi olaraq keçirilməsi qərara alınıb. Tədbir Azərbaycan Teatr Xadimləri İttifaqının Musiqili Teatrın gənc əməkdaşlarını təltif etdiyi "Fəxri fərman”ların təqimatı ilə yekunlaşıb.
 




www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
11:30
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
10:50
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
10:48
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
Yaşar Nurinin doğum günüdür
10:36
Yaşar Nurinin doğum günüdür
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
10:19
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
Tanınmış aparıcıdan məhkəməyə şikayət:
10:03
Tanınmış aparıcıdan məhkəməyə şikayət: "Ərim məni döyür" - FOTO
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
09:29
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
09:26
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
Xalq artisti teatrdan uzaqlaşdırıldı
09:23
Xalq artisti teatrdan uzaqlaşdırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol