• $
  • £

Bu gün Milli Musiqi bayramıdır

Bu gün Milli Musiqi bayramıdır
18.09.2015 09:12
Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəyovun doğum günüdür. Həmin gün sadəcə musiqisevərlərin yox, həm də xalqımızın bayramıdır. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. 

ANN.Az xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 

1995-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.

Ü. Hacıbəylinin 130 illik yubileyi ölkənin mədəni və ictimai həyatında silsilə tədbirlərlə, konsert proqramları və konfranslarla qeyd ediləcək.
 
Xatırladaq ki, Ü. Hacıbəyli 1885-ci il sentyabrın 18-də Şuşa qəzasının Ağcabədi kəndində doğulub. İlk təhsilini Şuşada ikisinifli rus-türk məktəbində alıb.
 
Bəstəkar 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəyib, skripka və baritonda çalmağı öyrənib. Xalq mahnı nümunələrini nota köçürmək bacarığına yiyələnib. Seminariyanı bitirdikdən sonra Üzeyir Hacıbəyli Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilib.
 
Ü. Hacıbəyovun 1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulub. Hacıbəyov operanın librettosunu Füzulinin eyni adlı poeması əsasında yazılıb. İlk tamaşaya istedadlı aktyor və rejissor Hüseyn Ərəblinski quruluş verib. Dirijor isə yazıçı-dramaturq Əbdürrəhimbəy Haqverdiyev idi.
 
Ü.Hacıbəyli 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan” (1909), "Rüstəm və Söhrab” (1910), "Şah Abbas və Xurşud banu” (1912), "Əsli və Kərəm” (1912), "Harun və Leyla” (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin "Şahnamə” əsərinin motivləri əsasında yazılıb. O, "Leyli və Məcnun”dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirdi.
 
Üzeyir bəy Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Onun "Ər və arvad”, "O olmasın, bu olsun”, "Arşın mal alan” musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapıb.
 
Ü.Hacıbəyli 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya gedib, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq konservatoriyasında oxuyub. Peterburq dövrü Üzeyir Hacıbəyli yaradıcılığında mühüm rol oynayıb. O, "Arşın mal alan” musiqili komediyasını burada yaradıb.
 
1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan "Koroğlu” operası Ü.Hacıbəyov yaradıcılığının zirvəsini təşkil edir. Azərbaycan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər ərsəyə gətirib.
 
Ü. Hacıbəyli 1948-ci ilin noyabrında 63 yaşında dünyasını dəyişib.
 
Bəstəkarın doğum günləri uzun illərdir ki, Azərbaycanda "Milli Musiqi Günü” kimi qeyd olunur.   


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səlhəb Məmmədov: “Təəssüf ki, heykəltaraşlıq artıq əvvəlki kimi coşğuyla qarşılanmır”
09:26
Səlhəb Məmmədov: “Təəssüf ki, heykəltaraşlıq artıq əvvəlki kimi coşğuyla qarşılanmır”
Azərbaycanlı Çarli Çaplin: “Bizim sevimli görüş yerimiz Azərbaycandır” - MÜSAHİBƏ
08:54
Azərbaycanlı Çarli Çaplin: “Bizim sevimli görüş yerimiz Azərbaycandır” - MÜSAHİBƏ
07:23
"Mühacir olmamağa qərarlıydım..." - MÜSAHİBƏ
Alman rəssamlarının “Qobolen” əsərləri Bakıda - FOTOLAR
05:55
Alman rəssamlarının “Qobolen” əsərləri Bakıda - FOTOLAR
Tarixdən yadigar qalan Dördkünc Qala - FOTOLAR
02:10
Tarixdən yadigar qalan Dördkünc Qala - FOTOLAR
Bakını bəzəyən heykəllər - FOTOLAR
01:11
Bakını bəzəyən heykəllər - FOTOLAR
Zərif  şüşənin və  isti  keramikanın bayramı  - REPORTAJ
22:03
Zərif şüşənin və isti keramikanın bayramı - REPORTAJ
Möcüzəli içkinin məftunedici ətri – REPORTAJ
21:31
Möcüzəli içkinin məftunedici ətri – REPORTAJ
Günü-gündən məşhurlaşan “Nikolya Şokolad  Muzeyi” - REPORTAJ
19:48
Günü-gündən məşhurlaşan “Nikolya Şokolad Muzeyi” - REPORTAJ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol