• $ 1.7
  • € 1.8412
  • ₽ 1.8889
  • ₺ 0.0466
  • £ 2.1943

Dənizə gedən yol zibillikdən keçir - FOTOLAR

Dənizə gedən yol zibillikdən keçir - FOTOLAR
21.09.2015 10:22

Sülh küçəsinin girişi "Sumqayıt" lövhəsi ilə başlayır, bu gənclər şəhərinin simvolu olan "Göyərçin" abidəsi ilə bitir. Abidənin arxa fonunda mas-mavi dəniz dayanır, sevddiyimiz, əzizlədiyimiz, qürur duyduğumuz, sərvəti ilə dünya qarşısıda lövğalandığımız Xəzər...

Xəzər sahilində bir çox şəhərlər yerləşir və Sumqayıt da onlardan biridir. Şəhərin şərq sərhədi su əhatələnib. Buranın özəlliyi isə ondan ibarətdir ki, hım çimərlik, həm də dənizkənarı bulvar bitişik, iç-içədir. Kim istəsə, yay aylarında çimərliyə gedib dənizə girə bilər, kim də istəsə dənizdən 100-15- metr aralı hündür ağacları, yaşıllığı olan parkda istirahətini davam etdirə bilər. 

Amma yuxarıda sadaladıqlarım hazırda mümkün deyil. Çünki...

Avtobusdan düşəndə nəzərimi  ilk cəlb edən "Göyərçin" abidəsi oldu. Abidənin ətrafında park salınıb, günortanın isti saatları olmasına baxmayaraq burada Sumqayıt əhalisini, körpəsini gəzdirən anaları, gəncləri görmək mümkündür. 

Bir qədər aşağıda isə dəniz görünür. Parkın yaxınlığından dənizə enmək istəyirdim ki, ərazinin  girişi yasaqlayan plakatlarla əhatələndiyimi gördüm. Fikirləşdim ki, yəqin dənizə gedən yolu bağlayıblar, sahilə gedə bilməyəcəyəm. Məyus geri qayıtmaq istəyirdim ki, parkda təmizlik işləri aparan ortayaşlı bir qadın parkın içərisindən dənizə sarı enən pilləkənləri göstərib buradan düşə biləcəyimi söylədi.  

Nəsimi adına Mədəniyyət və İstirahət Parkı adlanan parkın içərisi ilə getməyə başladım. Parkda gördüyüm dağıntı, səliqəsizlik, söküntü-tikinti işləri buranın görünüşünü acınacaqlı hala salmışdı. Sahilə çatanda buradakı mənzərənin daha da bərbad olduğunu gördüm. 

Geri dönəndə ancaq bir təəssürat vardı: Sumqayıt dənizinin sahili  gördüyüm bütün  dənizqırağı məkanlardan ən bərbad halda olanı, çirkli və natəmizi idi...
 
 
Fərqanə Novruzova
Fotolar müəllifindir

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
“Axı hələ biz böyüməmişdik” -  KÖŞƏ+FOTOLAR
04:27
“Axı hələ biz böyüməmişdik” - KÖŞƏ+FOTOLAR
18:09
"Ekstremal şəraitdə yaranan hər hansı problemin həllini həmin yerdə axtarmaq böyük yanlışlıqdır"-FOTOLAR
Dənizə gedən yol zibillikdən keçir - FOTOLAR
10:22
Dənizə gedən yol zibillikdən keçir - FOTOLAR
Rasim Əliyevin əziz xatirəsinə - FOTOLAR
09:24
Rasim Əliyevin əziz xatirəsinə - FOTOLAR
15:25
"Başda Cavid Hüseynov olmaqla bu 5 nəfərin hamısı bizim üçün cinayətkar, qatildir" - MÜSAHİBƏ
14:48
"Rasim Əliyevin səhlənkar həkimlərinə cəza" tələbi ilə aksiya keçirilib - FOTOLAR
Günləri qeyd olunan uşaqların güzəranı - FOTOLAR
10:07
Günləri qeyd olunan uşaqların güzəranı - FOTOLAR
Bakının penoplast adlı ölüm tələsi - FOTOLAR
10:15
Bakının penoplast adlı ölüm tələsi - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol