Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi

"Bank Melli İran”ın Bakı filialı Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verib.
"Report” xəbər verir ki, İran bankı ziyanın ödənilməsini tələb edir.
İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.
Qeyd edək ki, İranın nəhəng banklarından olan "Bank Melli İran” 87 ildir fəaliyyət göstərir. Bankın dünyada 3300 filialı var.
"Bank Melli İran”ın Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər