Gənc aktyorlarımız “Artmiqrasiya 2015” ölkəmizi uğurla təmsil ediblər - Fotolar
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı aktyorları Günel Məmmədova və Eşqin Quliyev Moskvada keçirilmiş "Artmiqrasiya 2015” III Ümumrusiya gənclərinin teatr forumunda iştirak ediblər.
Məlumat üçün bildirək ki, festival – forum yaradıcı gəncləri stimullaşdırmaq, onlar arasında yaradıcılıq əlaqələri qurmaq və müştərək layihələrdə iştiraklarını təmin etmək məqsədi daşıyır.











www.ann.az
ANN.Az xəbər verir ki, teatrın mətbuat xidmətindən verilən məlumata görə, Rusiya Teatr Xadimləri İttifaqı tərəfindən təşkil olunmuş festival – foruma Rusiyanın müxtəlif şəhərlərindən qatılmaq üçün 70-dən artıq ərizə qəbul olsa da, ekspertlər forum proqramına yalnız 5 tamaşanın nümayişini daxil ediblər.
Kventin Tarantinonun ssenarisi əsasında hazırlanmış "Бешеные псы”, Vasili Siqarevin "Гупешка”, Saşa Sokolovun "Школа для дураков”, Karl Qotsinin "Ворон”, Venedikt Erofeyevin "Mосква – петушки” tamaşaları forum çərçivəsində gənc teatr mütəxəssislərinə nümayiş etdirilib. Forum zamanı göstərilən hər tamaşadan sonra Rusiyanın müxtəlif şəhərlərindən olan peşəkar teatr tənqidçiləri səhnə əsərləri barədə geniş müzakirələr aparıblar.
Forum çərçivəsində gənc aktyorlara aktyor, rejissor, pedaqoq və professor Qitis Padeqimas (Litva) tərəfindən master-klasslar keçirib, bundan başqa gənc aktyorlar "Remote Moscow” adlı layihədə iştirak ediblər. Yeni formatda olan layihə özündə tamaşa, ekskursiya, musiqi və komputer oyunlarını birləşdirib.
Daha sonra iştirakçılar sözegdən layihənin yaradıcıları ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Sonda bütün mərasim iştirakçılarına Aleksandr Başlaçevin parlaq həyatından bəhs edən "Сашбаш – Свердловск – Ленинград и назад” adlı tamaşa göstərilib.











www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər