• $
  • £

Dünya şöhrətli Robert Sturuanın tamaşaları Musiqili Teatrda - Fotolar

Dünya şöhrətli Robert Sturuanın tamaşaları Musiqili Teatrda - Fotolar
22.09.2015 11:27

Dünya şöhrətli, məşhur gürcü teatr rejissoru, SSRİ Xalq artisti Robert Sturuanın səhnələşdirdiyi tamaşalar Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunacaq.
 
ANN.Az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, tamaşaların nümayişi Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrının oktyabr ayında Azərbaycana qastrol səfəri çərçivəsində baş tutacaq. 9 oktyabr tarixində Tamaz Çiladzenin "Ov mövsümü”, 11 oktyabrda isə Terrens Maknellinin "Mariya Kallas – Dərs” tamaşaları azərbaycanlı sənətsevərlərə təqdim olunacaq. "Robert Sturua dünya səviyyəli bir rejissordur. Bizim teatrın istər Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrı,istərsə də Robert Sturua ilə sıx əlaqələri var. Belə bir ustad rejissorun tamaşalarının azərbaycanlı tamaşaçılara təqdim edilməsi çox sevindirici haldır. Qeyd edim ki, bu qastrol səfəri Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi və Tiflis şəhər meriyasının təşkilati dəstəyi ilə baş tutacaq”, - deyə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib.
 
Qeyd edək ki, SSRİ Xalq artisti Robert Sturuanın səhnələşdirdiyi tamaşaları izləmək istəyənlər biletləri Bakı şəhərinin bütün teatr-konsert kassalarından əldə edə bilərlər.
 





www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
10:50
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
GTT məktəblilərin payız tətili günlərinə maraqlı tamaşalar vəd edir - Fotolar
00:10
GTT məktəblilərin payız tətili günlərinə maraqlı tamaşalar vəd edir - Fotolar
Musiqili Teatrda “Kimdir müqəssir?” – 25-ci dəfə- Fotolar
13:25
Musiqili Teatrda “Kimdir müqəssir?” – 25-ci dəfə- Fotolar
Kiçik səhnədə “Sonluğun sonu” - Fotolar
15:33
Kiçik səhnədə “Sonluğun sonu” - Fotolar
Yeni ilin ən maraqlı tamaşası Gənc Tamaşaçılar Teatrında olacaq - Fotolar
19:21
Yeni ilin ən maraqlı tamaşası Gənc Tamaşaçılar Teatrında olacaq - Fotolar
“Ər və arvad” tamaşası 50-ci dəfə nümayiş olunacaq - Fotolar
13:59
“Ər və arvad” tamaşası 50-ci dəfə nümayiş olunacaq - Fotolar
Mirmehdi Ağaoğlunun yeni kitabı çap olundu - FOTOLAR
15:17
Mirmehdi Ağaoğlunun yeni kitabı çap olundu - FOTOLAR
100-cü tamaşa - Fotolar
17:48
100-cü tamaşa - Fotolar
“Yağış göbələyinin macərası” 50-ci dəfə nümayiş olunacaq - FOTOLAR
23:07
“Yağış göbələyinin macərası” 50-ci dəfə nümayiş olunacaq - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol