• $
  • £

Musiqili Teatrda Moskvalı rəssamdan ustad dərsi - Fotolar

Musiqili Teatrda Moskvalı rəssamdan ustad dərsi - Fotolar
23.09.2015 13:12
Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji Azərbaycan Dövlət Musiqili Teatrında ustad dərsi keçib.
 
ANN.Az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, Dmitri Çerbadjinin ustad dərsində Musiqili Teatrın rəssamları, dekor, işıq, butafor sexinin əməkdaşları, modelyer, proqramçı, dizayner və rəhbərliyin nümayəndələri iştirak ediblər. Məşhur rəssam Musiqili Teatrın digər teatrlardan fərqli cəhətləri və xüsusi diqqət tələb edən mühüm məqamlardan bəhs edib. Dmitri Çerbadji hər hansı tamaşanın dekorasiyasının araya-ərsəyə gətiriliməsində rəssamdan tutmuş işıqçıya qədər böyük bir işçi qrupunun üzərinə düşən məsuliyyətdən, bu sahəylə bağlı ən xırda, incə məqamların mühüm əhəmiyyət kəsb etməsindən söz açıb. Səmimi söhbət şəraitində keçən ustad dərsində Dmitri Çerbadji Musiqili Teatrın əməkdaşlarının suallarını cavablandırıb.
 
 
Professor Dmitri Çerbadji Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, V.İ. Surikov adına Ali Rəssamlıq İnstitutunun Teatr rəssamlığı şöbəsinin rəhbəridir.
 
70-dən çox dramatik, opera və balet tamaşalarının quruluşçu-rəssamıdır. Onun quruluş verdiyi tamaşalar MDB dövlətləri ilə yanaşı, Yunanıstan (Afina), Türkiyə (İstanbul), Litva (Vilnüs), Çin və başqa ölkələrin teatrlarında da nümayiş olunub.
 
 
Qeyd edək ki, Dmitri Çerbadji 25 sentyabr tarixində Dövlət Musiqili Teatrında premyerası keçiriləcək SSRİ Xalq artisti, məşhur bəstəkar Rauf Hacıyevin "Qafqazlı qardaşqızı” operettasının quruluşçu-rəssamıdır.
 




www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
10:50
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
GTT məktəblilərin payız tətili günlərinə maraqlı tamaşalar vəd edir - Fotolar
00:10
GTT məktəblilərin payız tətili günlərinə maraqlı tamaşalar vəd edir - Fotolar
Musiqili Teatrda “Kimdir müqəssir?” – 25-ci dəfə- Fotolar
13:25
Musiqili Teatrda “Kimdir müqəssir?” – 25-ci dəfə- Fotolar
Kiçik səhnədə “Sonluğun sonu” - Fotolar
15:33
Kiçik səhnədə “Sonluğun sonu” - Fotolar
Yeni ilin ən maraqlı tamaşası Gənc Tamaşaçılar Teatrında olacaq - Fotolar
19:21
Yeni ilin ən maraqlı tamaşası Gənc Tamaşaçılar Teatrında olacaq - Fotolar
“Ər və arvad” tamaşası 50-ci dəfə nümayiş olunacaq - Fotolar
13:59
“Ər və arvad” tamaşası 50-ci dəfə nümayiş olunacaq - Fotolar
Mirmehdi Ağaoğlunun yeni kitabı çap olundu - FOTOLAR
15:17
Mirmehdi Ağaoğlunun yeni kitabı çap olundu - FOTOLAR
100-cü tamaşa - Fotolar
17:48
100-cü tamaşa - Fotolar
“Yağış göbələyinin macərası” 50-ci dəfə nümayiş olunacaq - FOTOLAR
23:07
“Yağış göbələyinin macərası” 50-ci dəfə nümayiş olunacaq - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol