• $ 1.7
  • € 1.9654
  • ₽ 0.021656
  • ₺ 0.0432
  • £ 2.3075

Bakıda yollardakı süni maneələrin sökülməsinə başlanılıb - VİDEO

Bakıda yollardakı süni maneələrin sökülməsinə başlanılıb - VİDEO
28.05.2020 23:18
Azəryolservis": Bakının bəzi küçələrində vətəndaşlar yolun hərəkət hissəsinə qanunsuz olaraq süni maneələr quraşdırıblar

Bakı şəhərinin bəzi küçələrində vətəndaşlar yolun hərəkət hissəsinə qanunsuz olaraq süni maneələr, yəni tramplinlər quraşdırırlar. Bununla bağlı "Azəryolservis” ASC-dən "Report”a verilən məlumata görə, sürücülərin narazılığına səbəb olan bu halın qarşısının alınması üçün "Azəryolservis” yollardakı süni maneələrin sökülməsi işlərinə başlayıb.

Məlumatda deyilir ki, ilk olaraq yolun hərəkət hissəsində qurulan süni maneələrin, yəni tramplilərin sökülməsi işlərinə Nərimanov rayonundan start verilib. Bunu edən vətəndaşlara ilkin olaraq xəbərdarlıq edilib ki, bu cür suni maneə vasitəsi avtomobillərin sürətinin məcburi şəkildə azaldılması üçün tətbiq edilsə də, bu məsələ qanunvericilikə tənzimlənmir və yollarda nəqliyyat vasitələrinin hərəkətlərinə mane olan süni maneələrin quraşdırılmasına görə növbəti dəfə onları inzibati məsuliyyət gözləyir.

İnzibati Xətalar Məcəlləsinin 164.0.4 maddəsinə əsasən, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, habelə avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətlərinə maneələrin yaradılmasına görə, fiziki şəxsləri 80-100 manat, vəzifəli şəxsləri 400-500 manat, hüquqi şəxsləri isə 3000-4000 manat miqdarında cərimə gözləyir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şad xəbər: tikinti materialları sürətlə ucuzlaşır - VİDEO
06:45
Şad xəbər: tikinti materialları sürətlə ucuzlaşır - VİDEO
Bakı metrosunda yenilik - VİDEO
Qaynari.nfo 06:45
Bakı metrosunda yenilik - VİDEO
Metroda bərpa olunan köşklərdə nələr satılacaq? - Video
06:44
Metroda bərpa olunan köşklərdə nələr satılacaq? - Video
Azərbaycanın istehsal etdiyi hərbi maşın - VİDEO
Qaynari.nfo 06:44
Azərbaycanın istehsal etdiyi hərbi maşın - VİDEO
Bakı sakinlərinə şad xəbər - Video
06:38
Bakı sakinlərinə şad xəbər - Video
Avtobusların iş vaxtı artırla bilər - Video
06:37
Avtobusların iş vaxtı artırla bilər - Video
Yeni avtobuslar sabahdan istismara buraxılacaq - Video
06:35
Yeni avtobuslar sabahdan istismara buraxılacaq - Video
Kənan Yavuz:
04:42
Kənan Yavuz: "Xaricdəki sərmayələr SOCAR-ı qlobal şirkətə çevirəcək" - VİDEO+FOTOLAR
Bakı metrosunda təşviş
23:22
Bakı metrosunda təşviş
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol