• $
  • £

Çexovun senzuraya uğramış ilk hekayələri

Çexovun senzuraya uğramış ilk hekayələri
24.09.2015 19:10
"The Prank” – Anton Çexovun 1882-ci ildə senzuraya uğramış ilk hekayələri 133 ildən sonra, ABŞ-da ingilis dilində "Gənc Çexovun ən yaxşı hekayələri” adıyla nəşr olunub.

Bu hekayələr əvvəllər heç vaxt, hətta rus dilində də işıq üzü görməyib.

1880-ci illərdə Çexov 20 yaşlarında idi və tibb üzrə təhsil alırdı. Ailəsini və təhsilini təmin etmək üçün o, Antoşa Çexonte imzasıyla qəzetlərdə gülməli hekayələr yazırdı.

Cəmiyyətin klişeləri əleyhinə olan, orta və yuxarı təbəqənin həyatına güclü kinayəylə dolu bəzi hekayələrin çapını çar Nikolay o zaman qadağan etmişdi. Bunlar həmin hekayələrdir.

Çexov hakimiyyətlə münasibətdə tutduğu mövqeyə görə "Xalqın mənəvi kompası" adı alıb.

Kitabda oxucular üçün tamamilə yeni Çexov üslubu var. Məsələn, kitabın sonlarında romantik pastiş, meta-nəsr, pre-modernist sürrealizm nümunələri görmək olar.

Kitabın dizaynında vaxtilə yazıçının qardaşı Nikolay Çexovun çəkdiyi illüstrasiyalardan istifadə olunub. Üz qabığında süfrəyə qoyulmuş balıq təsviri var. Kitab "Rəssamın arvadları" hekayəsilə açılır.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cavid Ramazanlı: Ədəbiyyat və siyasətçilər
11:12
Cavid Ramazanlı: Ədəbiyyat və siyasətçilər
Avropa Oyunları “Bakı-2015”-də ən xoşbəxt anlar – REPORTAJ
10:17
Avropa Oyunları “Bakı-2015”-də ən xoşbəxt anlar REPORTAJ
Səlhəb Məmmədov: “Təəssüf ki, heykəltaraşlıq artıq əvvəlki kimi coşğuyla qarşılanmır”
09:26
Səlhəb Məmmədov: “Təəssüf ki, heykəltaraşlıq artıq əvvəlki kimi coşğuyla qarşılanmır”
Hadisə Yeni ildə Bakıya gələrkən belə gizləndi - FOTO
08:57
Hadisə Yeni ildə Bakıya gələrkən belə gizləndi - FOTO
Azərbaycanlı Çarli Çaplin: “Bizim sevimli görüş yerimiz Azərbaycandır” - MÜSAHİBƏ
08:54
Azərbaycanlı Çarli Çaplin: “Bizim sevimli görüş yerimiz Azərbaycandır” - MÜSAHİBƏ
Azərbaycanın 100 il əvvəl çap olunan Charlie Hebdosu
08:33
Azərbaycanın 100 il əvvəl çap olunan Charlie Hebdosu
07:23
"Mühacir olmamağa qərarlıydım..." - MÜSAHİBƏ
Qızıl payız - FOTOREPORTAJ
06:53
Qızıl payız - FOTOREPORTAJ
“Katti Sark”: XIX əsrdən qalma məşhur gəmi muzeyi – REPORTAJ
06:45
“Katti Sark”: XIX əsrdən qalma məşhur gəmi muzeyi REPORTAJ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol