• $ 1.7
  • € 1.8453
  • ₽ 1.9383
  • ₺ 0.0465
  • £ 2.1921

Cəbhədə ağır döyüşlər: 4 erməni əsgəri öldürüldü

Cəbhədə ağır döyüşlər: 4 erməni əsgəri öldürüldü
29.05.2020 08:46
Qoşunların təmas xəttində baş vermiş ağır döyüşdə bir Azərbaycan əsgəri şəhid olub

 "Sentyabrın 25-də qoşunların təmas xəttində düşmənin mövqelərimizə basqın etməyə cəhd göstərməsi nəticəsində ağır və qanlı döyüş baş verib”.
 
ANN.Az-ın Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin mətbuat xidmətinin açıqlamasında bildirilir.
 
Məlumatda deyilir ki, erməni hərbi birləşmələrinin iriçaplı silahlardan, eləcə də 82 millimetrlik minaatanlardan istifadə etməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir hərbi qulluqçusu - əsgər Məmmədov Elşən Vaqif oğlu şəhid olub, 3 hərbi qulluqçu yüngül qəlpə yaraları alıb:
 
"Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri kafidir. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir. Bildiririk ki, şəhidlərimizin qanı həmişə olduğu kimi, bu dəfə də yerdə qalmayacaq. Silahlı Qüvvələrimizin bölmələrinin düşmənə qarşı güc tətbiq etməklə həyata keçirdiyi adekvat tədbirlər zamanı ona endirilən raket-artilleriya zərbələri nəticəsində qarşı tərəfin 4 hərbi qulluqçusu məhv edilib və 16 nəfərədək yaralısı var. Onlardan 10 nəfəri ağır vəziyyətdədir. Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir, düşmənin istənilən hərəkətinin qarşısı daha üstün silahlar tətbiq edilməklə qətiyyətlə alınır. Müdafiə Nazirliyi bir daha bildirir ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda bütün şirkət və idarələrdə iş saatları dəyişdirilir – SƏNƏD
10:30
Bakıda bütün şirkət və idarələrdə iş saatları dəyişdirilir – SƏNƏD
Azərbaycan prezidenti Rasim Əliyevin məsələsini nəzarətə götürdü
10:15
Azərbaycan prezidenti Rasim Əliyevin məsələsini nəzarətə götürdü
Təhsil Nazirliyi: “Bu sərəncam tələbələrin sosial rifahını yaxşılaşdıracaq”
09:36
Təhsil Nazirliyi: “Bu sərəncam tələbələrin sosial rifahını yaxşılaşdıracaq”
Cəbhədə ağır döyüşlər: 4 erməni əsgəri öldürüldü
08:46
Cəbhədə ağır döyüşlər: 4 erməni əsgəri öldürüldü
Mətbuat katibləri bayram günü jurnalistlərə nə arzuladı? - AÇIQLAMALAR
08:07
Mətbuat katibləri bayram günü jurnalistlərə nə arzuladı? - AÇIQLAMALAR
07:57
"Rasim Əliyevi ilk müayinə edən USM həkiminin tibbi təhsili yoxdur" - İDDİA
Həmkarları vəkil Adəm Məmmədovu qınadı - AÇIQLAMALAR
07:11
Həmkarları vəkil Adəm Məmmədovu qınadı - AÇIQLAMALAR
“Azərbaycanda autizmin nə olduğunu bilməyən çox ailə var” - AÇIQLAMA
04:56
“Azərbaycanda autizmin nə olduğunu bilməyən çox ailə var” - AÇIQLAMA
Əli Abbasov vəzifəsindən azad edildi
03:14
Əli Abbasov vəzifəsindən azad edildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol