• $ 1.7
  • € 1.8896
  • ₽ 0.020988
  • ₺ 0.0438
  • £ 2.2441

Hasarlanan "Bolluq bazarı" - FOTOLAR

Hasarlanan
01.10.2015 09:24
Binəqədi rayonu Abay Kunanbayev küçəsində yerləşən, əhali arasında "Bolluq bazarı” adı ilə məşhur olan bazarın sökülməsi və onun ətrafında baş verənlərlə bağlı mətbuatda kifayət qədər məlumatlar yer alıb. 

Bu günlərdə yolum həmin əraziyə düşmüşdü. Məqsədim bazarın hazırkı durumu, eləcə də orada işləyən satıcıların sonrakı aqibəti barədə məlumatlar əldə etmək idi. 

Əraziyə çatıb bir sağıma baxdım, bir soluma... Amma deyildiyi kimi, heç bir söküntüyə rast gəlmədim. Yanlış məkana gəldiyimi zənn edib yaxınlıqda dayanan yerli sakinlərin birindən bazarın yerini soruşdum. Kişi hasarlanmış bir yeri göstərib söküntü yerinin bir neçə müddətdir ki, hasarlandığını bildirdi. 

Hasarlanan ərazinin o qədər də geniş olmayan qapısından içəri keçdim. Bir dənə də salamat tikinti, bina yox idi, hamısı sökülüb yerlə yeksan edilmiş, hər tərəf töküntü halında olan daş-kəsəklə dolu idi. Ərazinin yuxarı hissəsində salamat qalmış qapı-pəncərə sexindən səs gəldiyini görüb ora yönəldim. Obyekt sahibindən bazar və onun pərən-pərən düşmüş satıcıları barədə məlumatlar öyrənmək istədim. 

Həyatından çox razı insan təsiri bağışlayan kişi bazarın onsuz da sökülməli olduğunu, satıcıların isə başqa məkanda işlə təmin edildiklərini bildirdi. Kişidən onlardan heç olmasa bir neçəsinin ünvanını öyrənmək istəsəm də, dəqiq bir xəbər öyrənmək mümkün olmadı. Ərazinin hansı şirkətə məxsus olması, ondan hansı məqsədlər üçün istifadə ediləcəyini soruşduqda obyekt sahibi "çox dərinə getmə bala, başın ağrıyar” deyərək məkanına girib qapının dalında görünməz oldu...
 
Mən gördüklərimi kameranın yaddaşına köçürməklə işimi yekunlaşdırmaq istədim.

Fərqanə Novruzova
Fotolar müəllifindir.
 



















































www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının gecəqondusuna çevrilən
12:12
Bakının gecəqondusuna çevrilən "Kubinka" - FOTOLAR
Bakının sabahları, romantika və onun həzin sonu - FOTOLAR
11:56
Bakının sabahları, romantika və onun həzin sonu - FOTOLAR
Yerdən uzaq, göyə yaxın Balaxanı - FOTOLAR
08:55
Yerdən uzaq, göyə yaxın Balaxanı - FOTOLAR
İngilislərin sevimli avtomobilləri - REPORTAJ
01:48
İngilislərin sevimli avtomobilləri - REPORTAJ
Uşaqların və qatarların dostluq məkanı: Bakı “Şanxayı” - FOTOLAR
01:22
Uşaqların və qatarların dostluq məkanı: Bakı “Şanxayı” - FOTOLAR
Leyla Əliyevanın təşəbbüsü ilə əkilən ağaclar belə məhv edilib - FOTOLAR
01:08
Leyla Əliyevanın təşəbbüsü ilə əkilən ağaclar belə məhv edilib - FOTOLAR
Vətənində vətənsizlər - FOTOLAR
00:42
Vətənində vətənsizlər - FOTOLAR
Bizi aparan yollar - FOTOLAR
00:28
Bizi aparan yollar - FOTOLAR
09:54
"Formula-1"ə hazırlıq: qazılan, sökülən mərkəzi küçələr - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol