Tarkan gizlicə cərahiyyə əməliyyatı keçirib

Meqastar Tarkan nəfəsalma problemi ilə bağlı əməliyyat keçirib.
ANN.Az türk mediasına istinadən xəbər verir ki, oktyabrın 29-da Monte Karloda səhnəyə çıxmağa çalışan Tarkan ötən həftələrə İstanbuldakı xəstəxanalardan birində gizlincə əməliyyat olunub. Meqastar burnunun daxilindəki ətlərində dəyişiklik baş verməsi səbəbilə ortaya çıxan problem səbəbilə lazer əməliyyatı keçirib.
Əməliyyat zamanı müğənninin yanında səs telləri üzrə mütəxəssis də olub və Tarkanın səs tellərini də yoxlayıb. Bu arada qeyd olunub ki, meqastar xəstəxanaya başqa adla qeydiyyata düşüb. Təxminən 15 dəqiqə çəkən əməliyyatdan sonra Tarkan xəstəxanada 2 saat qaldıqdan sonra evinə gedib və səhhətinin normal olduğu bildirilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 