• $
  • £

Süleyman Ələsgərovun 100 illik yubileyi qeyd ediləcək - Fotolar

Süleyman Ələsgərovun 100 illik yubileyi qeyd ediləcək - Fotolar
01.10.2015 16:28
Oktyabr  ayının 15-də saat 19.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında unudulmaz sənətkar, Xalq Artisti, tanınmış teatr və kino aktyoru  Süleyman Ələsgərovun anadan olmasının 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.
 
ANN.Az xəbər verir ki, teatrın mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə teatrın foyesində sənətkarın zəngin yaradıcılığını əks etdirən foto-sərgi nümayiş etdiriləcək. Daha sonra böyük səhnədə görkəmli sənətkarla birgə çalışmış sənət dostları onunla bağlı xatirlərini bölüşəcək, sənətkarın çəkildiyi filmlərdən və oynadığı rollardan kadrlar nümayiş etdiriləcək.
 
Məlumat üçün bildirək ki, Süleyman Ağababa oğlu Ələsgərov  20 iyun 1915-ci ildə Bakıda anadan olub. Yeddiillik təhsilini başa vuraraq Maliyyə Texnikumuna daxil olub.
 
O, səhnəyə 1933- cü ildə Dənizçilər Mədəniyyət Evinin dram dərnəyində çıxıb. Səhnə sənətinə bağlandığına görə təhsilini yarımçıq qoyub. 1936-cı ilin sentyabrında Süleyman Ələsgərov GTT-yə müsabiqə yolu ilə aktyor götürülüb.
 
S.Ələsgərov  Gənc Tamaşaçılar Teatrının inkişafında xidmətlərinə görə 27 fevral 1954-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1 dekabr 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 1961-ci ildə oynadığı Səməd Vurğun ("Komsomol poeması", İsgəndər Coşqun) roluna görə Respublika Lenin komsomolu mükafatı laureatı olub.
 
Aktyor Polad ("Qızıl quş", Mirmehdi Seyidzadə), Fərzəli bəy ("Nəsrəddin", Yusif Əzimzadə), Afşin ("Babək", Əbil Yusifov), Vəzir, Oruc ("Fitnə" və "Qaraca qız", Abdulla Şaiq), Lorenso ("Romeo və Cülyetta", Uilyam Şekspir), Yaşar, İmamyar, Əmirqulu  ("Yaşar", Cəfər Cabbarlı), Hacı Nuru və Molla Salman ("Molla İbrahimxəlil kimyagər", Mirzə Fətəli Axundzadə), Senyor Tantoloni ("İki ağanın bir nökəri", Karlo Haldoni), Valentin ("İki veronalı", Uilyam Şekspir), Çuxray ("Polad necə bərkidi", Nikolay Ostrovski), Montanelli ("Ovod", Etil Voyniç), Zeynalabdin Şirvani ("Əlvida, Hindistan!", Qeybulla Rəsulov), Komissar ("Anacan", Yusif Əzimzadə), Səməd Vurğun, Baba, Əfrasiyab ("Komsomol poeması", "Açıl bənövşəm, açıl" və "Rüstəm və Söhrab", İsgəndər Coşqun), Namaz ("Xırs quldurbasan", Mirzə Fətəli Axundzadə) və digər bir-birindən maraqlı və xarakterik obrazları ilə tamaşaçıların yaddaşında silinməz izlər qoyub.
 
"Dağlarda döyüş” (Mayor Poladov), "İstintaq davam edir” (Professor), "Bizim Cəbiş müəllim”, "Alma almaya bənzər” (Professor), "Bəxtiyar” (klub müdiri), "Köhnə bərə”, "Bağ evi”, "Bizi bağışlayın” kino-filmlərində, "Poçt qutusu”, "Günəş”, "Bir ailədə” və digər televiziya tamaşalarında canlandırdığı rollar aktyorun obrazlar qalereyasını təşkil edir.
 
Dövlət  Gənc Tamaşaçılar Teatrının veteranlarından olan görkəmli aktyor bu sənət ocağında fasiləsiz olaraq altmış üç il səhnəyə çıxıb.
Süleyman Ələsgərov 10 dekabr 1998-ci ildə Bakıda vəfat edib.
 











www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
10:50
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
GTT məktəblilərin payız tətili günlərinə maraqlı tamaşalar vəd edir - Fotolar
00:10
GTT məktəblilərin payız tətili günlərinə maraqlı tamaşalar vəd edir - Fotolar
Musiqili Teatrda “Kimdir müqəssir?” – 25-ci dəfə- Fotolar
13:25
Musiqili Teatrda “Kimdir müqəssir?” – 25-ci dəfə- Fotolar
Kiçik səhnədə “Sonluğun sonu” - Fotolar
15:33
Kiçik səhnədə “Sonluğun sonu” - Fotolar
Yeni ilin ən maraqlı tamaşası Gənc Tamaşaçılar Teatrında olacaq - Fotolar
19:21
Yeni ilin ən maraqlı tamaşası Gənc Tamaşaçılar Teatrında olacaq - Fotolar
“Ər və arvad” tamaşası 50-ci dəfə nümayiş olunacaq - Fotolar
13:59
“Ər və arvad” tamaşası 50-ci dəfə nümayiş olunacaq - Fotolar
Mirmehdi Ağaoğlunun yeni kitabı çap olundu - FOTOLAR
15:17
Mirmehdi Ağaoğlunun yeni kitabı çap olundu - FOTOLAR
100-cü tamaşa - Fotolar
17:48
100-cü tamaşa - Fotolar
“Yağış göbələyinin macərası” 50-ci dəfə nümayiş olunacaq - FOTOLAR
23:07
“Yağış göbələyinin macərası” 50-ci dəfə nümayiş olunacaq - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol