• $
  • £

Azərbaycanda Rusiya Filmləri Həftəsi başlayıb

Azərbaycanda Rusiya Filmləri Həftəsi başlayıb
01.10.2015 20:53
Bu gün Nizami Kino Mərkəzində Rusiya Filmləri Həftəsinin rəsmi açılışı olub.
 
"Report" xəbər verir ki, "Azərbaycanfilm" Kinostudiyasının redaktoru Ayaz Salayev çıxış edərək Rusiyadan gəlmiş qonaqları salamlayıb, Rusiya kinosunun ənənələrindən, şanlı tarixindən söz açıb. 

Daha sonra qonaqlar səhnəyə dəvət olunub. Rusiyalı aktyorlar adından Rusiyanın xalq artisti Boris Şerbakov danışıb. O, Bakını gözəl şəhər adlandıraraq, Azərbaycan paytaxtını Dubaya bənzədib. 

Bundan sonra Rusiya Filmləri Həftəsinin ilk filmi - "Burada üfüqlər sakitdi..." filminin yeni versiyasının nümayişi ilə bir həftə davam edəcək böyük mədəniyyət tədbirinə start verilib. 

Qeyd edək ki, Rusiya Filmləri Həftəsi oktyabrın 1-dən 7-dək Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, "Kinofest" Prodüser Mərkəzi və Nizami Kino Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Tədbirlə əlaqədar rusiyalı kinematoqrafçılardan ibarət nümayəndə heyəti ölkəmizə səfər edib. Nümayəndə heyətinin tərkibinə xalq artisti Boris Şerbakov, Film həftəsində çıxış edən digər aktyorlardan Denis Şvedov, Valeriy Şkirando, Olqa Lomonosova, Aleksandra Rozovskaya, prodüserlər Yekaterina Filippova, Dmitriy Savinskiy, Georgiy Malkov, nümayiş olunacaq "Quzum Dolli kinli idi, tez öldü" bədii filminin ssenari müəllifi, rejissoru və prodüseri, tanınmış televiziya xadimi Aleksey Pimanov və "Kinofest" Prodüser Mərkəzinin baş direktoru Sergey Bragim daxildir. 

Film həftəsi çərçivəsində oktyabrın 1-də saat 19:00-da "Burada üfüqlər sakitdi...", oktyabrın 2-də saat 18:40-da "Yaşıl karet", oktyabrın 3-də saat 18:40-da "Quzum Dolli kinli idi, tez öldü", oktyabrın 4-də saat 18:40-da "Kabus", oktyabrın 5-də saat 18:40-da "Batalyon", oktyabrın 6-da saat 18:40-da "Ələkeçməz", oktyabrın 7-də saat 18:40-da isə "Əziz anam" bədii filmləri Nizami Kino Mərkəzində tamaşaçılara təqdim olunacaq. 

Film nümayişlərinə giriş sərbəstdir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
11:30
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
10:50
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
10:48
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
Yaşar Nurinin doğum günüdür
10:36
Yaşar Nurinin doğum günüdür
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
10:19
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
Tanınmış aparıcıdan məhkəməyə şikayət:
10:03
Tanınmış aparıcıdan məhkəməyə şikayət: "Ərim məni döyür" - FOTO
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
09:29
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
09:26
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
Xalq artisti teatrdan uzaqlaşdırıldı
09:23
Xalq artisti teatrdan uzaqlaşdırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol